Rusiyada qatar mikroavtobusla toqquşub, 6 nəfər ölüb

Rusiyanın Uzaq Şərqində yerləşən Yəhudi Muxtar Vilayətində sərnişin qatarının mikroavtobusla toqquşması nəticəsində 6 nəfər ölüb, 1 nəfər yaralanıb.

“RİA Novosti” xəbər verir ki, hadisə mikroavtobusun dəmiryol keçidindən keçdiyi zaman baş verib.

Məlumata əsasən, həmin vaxt qatar mikroavtobusu vurub. Qəzanın digər təfərrüatları barədə məlumat verilməyib.