Argentinanın mənasız tələbi: Vilayətinin Bakıda həbsini istəmək gülüncdür
Fidan Həmişəyeva
07:10 13.11.2019
Siyasət
765
Argentina hökuməti İranın keçmiş xarici işlər naziri, hazırda Ali dini lider Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri olan Əli Əkbər Vilayətinin Bakıda həbs olunmasını və Argentina tərəfinə təhvil verilməsini tələb edib. Argentina Xarici İşlər Nazirliyi Vilayətinin Bakıdakı toplantıda iştirakının “dərin narahatlıq” yaratdığını bildirib və Azərbaycan tərəfini onun həbs olunub təhvil verilməsi üçün əməkdaşlığa çağırıb.
İran radikalları 1992-ci ildə Buones-Ayresdə İsrail səfirliyinin partladılmasında da günahlandırırlar. Həmin hücumda 29 nəfər ölüb, 242 nəfər yaralanıb. Həmin bombalı hücuma görə 2007-ci ildən bir qrup iranlı axtarışdadır. Onların arasında İraın Kolumbiyadakı keçmiş mədəniyyət attaşesi, molla Möhsün Rəbbani də yer alır. Rəbbani axtarışa veriləndən sonra həmin ölkəyə getməyib.
Vilayətinin həbsi məsələsinin çoxdan gündəmdə olduğunu deyən politoloq Sədrəddin Soltan Sherg.az-a bildirib ki, Argentinada Yəhudi Mədəniyyət Mərkəzinin partladılmasında ittiham olunanlardan biri də Vilayəti idi.
Politoloq qeyd edib ki, Azərbaycanla Argentina arasında bu məsələ ilə bağlı heç bir hüquqi müqavilə yoxdur:
“Vilayəti yalnız Azərbaycana gəlmir. O, bir neçə ay bundan qabaq Rusiyaya da getmişdi. Argentina o zaman niyə Rusiyadan Vilayətinin tutulub təhvil verilməsini tələb etməmişdi? Bu fakt onu göstərir ki, Argentina Azərbaycanla bağlı rəsmi ekstradisiya məsələsinə bir az səthi yanaşıb. Vilayətinin həbsini Rusiyayadan da istəyə bilərdilər, niyə məhz Azərbaycandan bunu tələb edirlər? Yəhudi Mədəniyyət Mərkəzinin partlaması ilə bağlı İranın başqa rəsmiləri də ittiham olunub. İndiyə qədər həmin rəsmilər dünyanın müxtəlif ölkələrinə səfərlər ediblər. Niyə Argentina həmin ölkələrdən belə tələblər istəmir? Argentina parlamentində ermənilərin ədalətsizlikləri ilə bağlı dəfələrlərlə müzakirələr aparılıb və parlamentdə saxta “soyqrım”ı tanıyan qurumları var. Amma hələ indiyə qədər Xocalı soyqrımını tanımayıblar. Argentina bu günə qədər Azərbaycanın başına gələn hadisələrlə bağlı addım atmayıbsa, bu istiqamətdə Azərbaycandan hansı hüquqi yardım istəyə bilərlər?”
S.Soltan bildirib ki, əslində Vilayətinin ekstradisiyası hüquqi məsələdir:
“Azərbaycanın Argentina ilə hüquqi sahədə heç bir anlaşması yoxdur. Argentina Azərbaycana qəti olaraq heç bir sanksiya tətbiq edə bilməz. Çünki oxşar hadisəni heç bir ölkədən istməyib. Sadəcə olaraq Argentina prokurorluğunun bu istəyi yəhudilərin xoşuna gəlməsi üçün atılan addımdan başqa bir şey deyil. Bilirlər ki, bu tip istəklər heç vaxt həyata keçirilmir. Sadəcə olaraq guya Yəhudi Mədəniyyət Mərkəzinin partladılması ilə bağlı cinayət işinin açılması üçün hansısa addımı atırlar və Vilayətinin ekstradisiya məsələsini gündəmə gətirirlər. Guya onlar Azərbaycandan tələb ediblər. Odur ki, bu istək sadəcə olaraq protokol istəyidir və yəqin ki, həyata keçməyəcək”.
Oxşar xəbərlər
Avropa Komissiyasının Prezidenti: Regional əlaqələndirmə üzrə investisiya konfransının Bakıda keçirilməsini istəyirik
20:42 01.07.2026
Emi Karlon: Azərbaycanla strateji tərəfdaşlıq Cənubi Qafqazda sülh və inkişafı gücləndirəcək
20:24 01.07.2026
Lyayen: Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər
20:17 01.07.2026
Xəbər lenti
Hamısına bax
SEPAH-a 100 milyon barrel neft ayıra bilərik - Pezeşkian
01:40 02.07.2026
Dünya
Rütte: Ağ Ev Avropanın İran məsələsindəki mövqeyindən narazıdır
00:50 02.07.2026
Dünya
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm