AMİP sədri Arzuxan Əlizadə "Sherg.az"a açıqlamasında bildirib ki, partiyanın Siyasi Şurası növbəti ildə parlament və bələdiyyə seçkilərinin reallaşacağı, eləcə də, referendum keçiriləcəyi ehtimalını nəzərə alaraq resursların növbəti ildə məhz bu istiqamətlərdə istifadə edilməsini məqsədəuyğun sayıb. Həmçinin seçkilərə nəzarətin həyata keçirilməsi üçün ölkə üzrə mövcud məntəqə və dairə seçki komissiyalarına AMİP tərəfindən müşahidəçilərin təyin edilməsi haqqında qərər qəbul edilib:
Arzuxan Əlizadə: "Biz sadəcə öz namizədimizlə iştirak etmirik"
Yusif Nəzərli
19:12 25.12.2023
Siyasət
973
AMİP seçki prosesində olacaq
AMİP gücünü parlament və bələdiyyə seçkilərinə saxlayır
Partiya məhz buna görə növbədənkənar prezident seçkisinə namizədlə qatılmayacaq
Azərbaycan Milli İstiqlal Partiyasının Ali Məclisinin 23 dekabr tarixli iclasında da partiyanın növbədənkənar prezident seçkisi ilə bağlı qərarı qüvvədə saxlanılıb. Bundan öncəki iclasda seçkidə namizədlə iştirak etməmək barədə qərar qəbul edilmişdi.
AMİP sədri Arzuxan Əlizadə "Sherg.az"a açıqlamasında bildirib ki, partiyanın Siyasi Şurası növbəti ildə parlament və bələdiyyə seçkilərinin reallaşacağı, eləcə də, referendum keçiriləcəyi ehtimalını nəzərə alaraq resursların növbəti ildə məhz bu istiqamətlərdə istifadə edilməsini məqsədəuyğun sayıb. Həmçinin seçkilərə nəzarətin həyata keçirilməsi üçün ölkə üzrə mövcud məntəqə və dairə seçki komissiyalarına AMİP tərəfindən müşahidəçilərin təyin edilməsi haqqında qərər qəbul edilib:
AMİP sədri Arzuxan Əlizadə "Sherg.az"a açıqlamasında bildirib ki, partiyanın Siyasi Şurası növbəti ildə parlament və bələdiyyə seçkilərinin reallaşacağı, eləcə də, referendum keçiriləcəyi ehtimalını nəzərə alaraq resursların növbəti ildə məhz bu istiqamətlərdə istifadə edilməsini məqsədəuyğun sayıb. Həmçinin seçkilərə nəzarətin həyata keçirilməsi üçün ölkə üzrə mövcud məntəqə və dairə seçki komissiyalarına AMİP tərəfindən müşahidəçilərin təyin edilməsi haqqında qərər qəbul edilib:
"Növbədənkənar prezident seçkisi ilə bağlı yekun qərarımızı genişləndirilmiş iclasda aldıq. Təşkilat rəhbərlərini də dəvət etdiyimiz iclasda seçki prosesi ilə bağlı məqamların ətraflı müzakirəsini apardıq. AMİP-də seçkiyə öz namizədimizlə girməyin tərəfdarları da var idi və onlar sonadək öz mövqelərində dayandılar. Yekunda çoxluğun qərarı bundan ibarət oldu ki, növbəti ildə parlament və bələdiyyə seçkilərini, o cümlədən referendum ehtimalını göz önünə alaraq növbədənkənar prezident seçkisinə namizədlə qatılmayaq. Çünki namizəd irəli sürmək partiyanın bütün imkan və resurslarının prezident seçkisinə cəlb olunması və sərf edilməsi deməkdir. Öz resurslarımızı parlament və bələdiyyə seçkilərinə saxlamağı daha məqsədəuyğun gördük. Ali Məclisin iclasında da qərarımızı bir daha təsdiqlədik".
A.Əlizadə alınmış qərarın prezident seçkisinə ümumiyyətlə qatılmamaq olmadığını söyləyib:
"Biz sadəcə öz namizədimizlə iştirak etmirik. Amma AMİP seçki prosesində olacaq. "Siyasi partiyalar haqqında" qanunun tələblərindən biri ondan ibarətdir ki, seçkilərdə iştirak mütləqdir. Bu, partiyalar üzərinə öhdəlik kimi qoyulur. Ona görə də qərara aldıq ki, seçki prosesini ölkə üzrə, dairələr və məntəqələr üzrə müşahidə edəcəyik. Rayon təşkilatlarına da bu barədə tapşırıqlar verilib. Artıq sənədlərin toplanması prosesi başlayıb və yaxın günlərdə müvafiq quruma təqdim olunacaq".
Partiya sədri əlavə edib ki, seçkiyə blokla qatılmaq və birgə əməkdaşlıq barədə digər partiyalardan təklif almayıb:
"Heç bir partiyadan təklif, müraciət olmayıb. Təəssüflər olsun ki, son dönəmlərdə partiyalar arasında münasibətlərdə qarşılıqlı və birgə əməkdaşlıq, blok şəklində fəaliyyət ənənəsi artıq yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm