Avropa Qarabağ mövzusuna səssiz qalmayacaq
Yusif Nəzərli
10:54 26.11.2021
Siyasət
572
Moskva görüşü də, Brüssel görüşü də faydalı və lazımdır
Şarl Mişel Putindən aldığı əlavə məlumatlar əsasında liderlərin görüşünə hazırlaşmaq niyyətindədir
Rusiya Prezidenti Vladimir Putin Avropa Şurasının rəhbəri Şarl Mişellə telefonla danışıb. Bildirilib ki, onlar Qarabağ, Əfqanıstan və Liviyadakı vəziyyəti də müzakirə ediblər. Kremldən verilən məlumata görə, Putin Mişelin xahişi ilə 10 noyabr 11 yanvar tarixli üçtərəfli sazişlərin müddəalarının həyata keçirilməsi üçün atılan addımlar, dinc həyatın bərqərar edilməsi, iqtisadi və siyasi münasibətlərin bərpası, həmçinin Cənubi Qafqazda nəqliyyat əlaqələri açılması ilə bağlı məlumat verib. Xatırladaq ki, noyabrın 26-da Rusiya dövlət başçısının təşəbbüsü ilə Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar keçiriləcək.
Şarl Mişel və Vladimir Putin arasında Soçi görüşü öncəsi baş tutmuş danışığı “Şərq”ə şərh edən siyasi şərhçi Azər Həsrət deyib ki, Mişelin Putinə zəngi, sadəcə, Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı deyil. Onun sözlərinə görə, tərəflər geniş spektrli məsələləri müzakirə ediblər:
“Xüsusən, Rusiya-Ukrayna məsələsi əsas müzakirə predmeti olub. Təbii ki, Mişel Azərbaycan-Ermənistan problemi ilə bağlı da Putindən əlavə informasiyalar istəyib. Putin də onu məlumatlandırıb. Bu, ondan xəbər verir ki, Avropa İttifaqı Şurasının prezidenti dekabrın 15-də Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin görüşünə yaxşı hazırlaşmaq niyyətindədir. Ən azından istəyir ki, tərəflər 15 dekabrda Brüsseldə baş tutacaq görüşdən hansısa razılaşma ilə çıxsınlar. Yəni görüşdə nəticə olsun. Xatırlayırsızsa, Mişel Putindən öncə dövlət başçısı İlham Əliyevlə və erməni Baş nazir Nikol Paşinyanla da telefonla əlaqə saxlayıb. Yəqin ki, Mişel prosesləri özü üçün təhlil edəcək və tərəflərə müəyyən təkliflər verəcək”.
A.Həsrət əlavə edib ki, Putin də noyabrın 26-da tərəfləri bir araya gətirir: “Hər halda görüş təşəbbüslərinin ikisi də faydalı və lazımlıdır. Ümumiyyətlə, bu məsələdə Putinin bir qədər fəallaşmaya ehiyac duymasının özü də mühümdür. Bölgəmizdəki əsas qlobal güc Rusiyadır. Bu, danılmaz faktdır. Düzdür, bəxtimiz gətirib ki, yanımızda qardaş Türkiyə kimi bir dövlət də var. O baxımdan özümüzü rahat, güvəndə hiss edə bilirik. Məncə, Moskvanın aktivləşməsi ümumi işin xeyrinədir. Kreml istənilən halda münasibətlərin normallaşmasına töhfə verməyə məcburdur. Əgər Rusiya bunu etməzsə, dövrəyə başqa, kənar güclər girəcək. Necə ki, Avropa İttifaqı məhz belə məqamda ortaya atıldı. Bu isə əslinə qalsa, Moskvanın nüfuzuna ciddi zərbədir. Fikrimcə, Kreml rəhbəri məhz bu prosesdən sonra fəallaşmağa qərar verdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Süni intellektlə bağlı böyük fəlakət: 6 aya...
01:26 10.10.2026
Texnologiya
Tramp Keti Zakariyanın Ağ Evin yeni mətbuat katibi təyin etdi
01:04 10.10.2026
Gündəm
Kreml Putinin Trampla söhbətindən sonra bəyanat yayıb
00:45 10.10.2026
Gündəm
Tramp və Putin arasında telefon danışığı olub
23:57 09.10.2026
Son dəqiqə
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşdü
23:35 09.10.2026
Gündəm
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət