Azərbaycan ABŞ-la münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırdı - ŞƏRH
Yusif Nəzərli
07:48 10.08.2025
Siyasət
373
Prezident İlham Əliyevin Vaşinqton səfəri, sadəcə, diplomatik təqvimdə yer alan növbəti görüş deyildi. Bu, Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirən, Cənubi Qafqazın siyasi arxitekturasını dəyişdirən strateji hadisə idi.
Bu sözləri politoloq Züriyə Qarayeva söyləyib.
O bildirib ki, ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi danışıqlar masasında müzakirə edilən məsələlər, illərdir regionu gərginlik içində saxlayan problemlərin həlli üçün konkret yol xəritəsinə çevrildi.
"Vaşinqton razılaşmaları ilə Azərbaycan ilk dəfə ABŞ-la münasibətlərini rəsmi şəkildə strateji tərəfdaşlıq səviyyəsinə qaldırdı. Bu, enerji marşrutlarından rəqəmsal infrastruktur və müdafiə sənayesinə qədər geniş spektrli əməkdaşlıq deməkdir. SOCAR ilə “ExxonMobil” arasındakı yeni saziş bu əməkdaşlığın iqtisadi təməlini qoyur, ABŞ texnologiyasının və sərmayəsinin ölkəyə daxil olmasına şərait yaradır.
Regional planda isə tarixi irəliləyiş baş verdi – Azərbaycan və Ermənistan sülh müqaviləsinin mətnini parafladı. Bu addım təkcə münaqişənin formal olaraq bitməsi deyil, həm də Ermənistan Konstitusiyasındakı ərazi iddialarının aradan qaldırılması öhdəliyinin qəbul olunmasıdır. Ən önəmlisi, Naxçıvana maneəsiz quru yol açılmasına dair razılıq əldə edildi və bu dəhlizin ABŞ qarantlığı ilə işləyəcəyi təsdiqləndi.
Vaşinqton görüşü Azərbaycanın 2020-ci ildə yaratdığı yeni regional reallığın beynəlxalq səviyyədə tanınmasıdır. İllərlə təzyiq və təcrid siyasətinə məruz qalan Bakı indi oyunun qaydalarını müəyyən edən tərəfdir. Bu səfərin verdiyi mesaj aydındır: Azərbaycan artıq yalnız regional güc deyil, həm də qlobal diplomatiyanın etibarlı tərəfdaşıdır",- deyə Z. Qarayeva əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya