Azərbaycan - Ermənistan XİN başçılarının növbəti görüşü nə vəd edir ? – ŞƏRH
Fidan Həmişəyeva
12:27 20.09.2019
Siyasət
1006
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüş vaxtı məlum olub. Sentyabrın 22-də Nyu- York şəhərində Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək. Bu barədə "Sherg.az" Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir. Sentyabrın 23-də isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur.
Görüşdən gözləntiləri şərh edən politoloq Tofiq Abbasov “Sherg.az"a bildirib ki, elə də böyük nəticələr gözləmək lazım deyil.
Onun sözlərinə görə, çox güman ki, keçiriləcək görüş protokol xarakteri daşıyacaq:
“Hazırkı danışıqlar prosesindən sonra ara-sıra təmasların baş verməsi onu göstərir ki, Ermənistan yenə də siyasi mərhələdə hazırlıqsızdır. Düşmən əlindən gələni edir ki, danışıqlar prosesi çöksün və status-kvo eləcə də qalsın. Amma bu, mümkün olan deyil. Çünki status-kvo mütləq şəkildə dəyişilməlidir. Bunun üçün vaxt çoxdan çatıb. Əlbəttə, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı və torpaqlarımız işğaldan azad olunmalıdır. Qarabağın erməni icmasının bütün problemləri ancaq dövlətçiliyimizin çərçivəsində həllini tapa bilər. Düzdür, İrəvan buna istədiyi kimi mane olur və hər zaman problemlər yaradır. Amma bu perspektivi olmayan yanaşmadır. İstər-istəməz Azərbaycan məqsədinə nail olacaq. Ola bilsin, hazırda texniki proseslərin həllində və danışıqlarda ümidverici məqamlar olsun. Lakin bunlar köklü xarakter daşımır. Çünki əslində hər iki tərəf hazırlıqlı olmalıdır ki, danışıqlarda proses canlansın. Ermənilər öz havadarlarının, xaricdə yaşayan ermənin diaspor sturukturlarının dəstəyinə ümid edirlər ki, guya torpaqlarımız özümüzə qayıtmasın. Amma onlar bir şeyə nail olurlar. Bu da özləri üçün problemin həllində uzun və ağrılı bir variantı seçirlər. Azərbaycanın öz planları var. Torpaqlarımızı işğaldan azad etmək, qaçqın və məcburi köçkünləri evlərinə qaytararaq ölkənin 1990-cı illərə qədərki vəziyyətini bərpa etmək əsas məqsədlərdən biridir”.
Politoloq vurğlayıb ki, hazırda Ermənistan daxilində bəzi qüvvələr Paşinyanı qısnayırlar:
“Qarabağ klanı” ona düşmənçilik edir. İndi həmin klan Ermənistanın özünü hədələyir. Amma bu Azərbaycanın məramına, gözləntilərinə heç bir təsir göstərmir. Düzdür, biz bir qədər üzgünük, çünki proses uzanır. Lakin bu olanlar bizə çox da əziyyət vermir. Ermənistanda vəziyyət durmadan pisləşir, iqtisadi tənəzzül dərinləşir, insanlar ölkəni tərk etməyə davam edirlər. İstər-istəməz məsələnin həllinə yaxınlaşmalıyıq. Bu problemlərdən daha çox əziyyət çəkən Ermənistanın özüdür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi