Azərbaycan səfiri Rusiya XİN-ə çağırılıb

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Xarici İşlər Nazirliyinə çağırılıb.
Sherg.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Səfir Rəhman Mustafayevin nazirliyə çağırılmasına səbəb kimi Rusiya Federasiyası jurnalistlərinin saxlanılması göstərilib.