Azərbaycanın Gürcüstandakı səfirliyi soydaşlarımıza müraciət edib
Yusif Nəzərli
15:03 01.02.2022
Siyasət
748
“Son vaxtlar Gürcüstanın Kvemo Kartli regionunda fəaliyyət göstərən bir sıra işbazlar tərəfindən Gürcüstan vətəndaşları olan soydaşlarımızdan qeyri-qanuni olaraq müxtəlif məbləğlərdə vəsait mənimsəməklə və xüsusən də sənədlərin saxtalaşdırılması yolu ilə Azərbaycan Respublikasına getmələrinin təmin olunacağı vəd olunur”.
Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyinin yaydığı müraciətdə bildirilib.
Qeyd olunub ki, Azərbaycana getmək üçün və ya Səfirlikdə həyata keçirilən hər hansı bir xidməti fəaliyyətlə bağlı vətəndaşlarımızdan və ya soydaşlarımızdan maliyyə vəsaiti (pul) tələb olunubsa, Səfirliyə dərhal məlumat verilməsi xahiş olunur.
“Diqqətinizə çatdırılır ki, vətəndaşlarımızın və Gürcüstandakı soydaşlarımızın rifahı üçün çalışan Səfirliyin fəaliyyətinə ləkə salmağa çalışan şəxslərlə bağlı Gürcüstanın hüquq-mühafizə orqanlarına məlumat veriləcək və onlar ölkə qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb olunacaqlar. Səfirliyin əlaqə nömrələri: +995-32-224-30-04 - (şəhər nömrəsi); +995-577-00-00-38 - (24 saat fəaliyyət göstərən mobil “Qaynar Xətt” nömrəsi). Elektron poçt ünvanı: tbilisi@mission.mfa.gov.az”, - diplomatik korpus xəbərdarlıq edib.
Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən Azərbaycan ilə Gürcüstan arasında 2020-ci ilin mart ayının 14-dən etibarən qarşılıqlı razılaşmaya əsasən quru sərhədlər müvəqqəti olaraq bağlanıb. Gürcüstan vətəndaşları bəzi hallarda icazə əsasında quru və hava yolu ilə Azərbaycana səfər edə bilirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya
Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
16:26 01.10.2026
Ekologiya
Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb
16:13 01.10.2026
Media
Tramp ya razılaşma, ya da müharibə variantını ortaya qoyub - ŞƏRH
16:07 01.10.2026
Gündəm
Azərbaycan üç yeni avtomat istehsal edib - FOTO
16:05 01.10.2026
Hərbi
Paşinyan II Qaregini istefaya göndərməyə çalışacaq - RƏY
15:54 01.10.2026
Region
ABŞ Prezidenti Çin liderinin səhhətindən danışdı
15:49 01.10.2026
Dünya
Tramp İranın yenidən bombardman edilməsinə icazə verdi
15:34 01.10.2026
Gündəm
Zaqatalada hissedilən zəlzələ olub
15:01 01.10.2026
Hadisə
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
14:51 01.10.2026
Ekologiya