Biabırçı sammit: Yerevandakı tədbir beynəlxalq aləmin Paşinyanı ciddiyə almadığını göstərdi
Fidan Həmişəyeva
10:08 03.10.2019
Siyasət
714
Ermənistanda Avrasiya İqtisadi İttifaqının sammiti baş tutub. Sammit Ermənistanın baş naziri Nikol Paşinyanın tam nüfuzdan düşdüyünü bir daha göstərdi. Tədbirin Yerevanda keçirilməsinə baxmayaraq, baş nazir Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşü son anda baş tutdu. Əslində, rəsmi Yerevan bu görüşün baş tutması üçün çox ciddi səylər göstərdi, yalvarış xarakterli müxtəlif xahişlər edildi.
Azərbaycan rəhbərinin dünyada nüfuzlu siyasi xadim kimi qəbul olunmasına nəzər yetirək. Məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyev mütəmadi olaraq beynəlxalq tədbirlərə dəvət olunur, dünyanın aparıcı ölkələrinin liderləri ilə görüşlər keçirir, müzakirələrə qatılır. Elə bu günlərdə cənab Prezidentin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında iştiraka dəvət olunması və çoxsaylı yüksək səviyyəli görüşlər keçirməsini göstərmək olar.
Prezident İlham Əliyevin dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında dəvət olunması, habelə keçirilməsi nəzərdə tutulan çoxsaylı yüksək səviyyəli görüşlər də dövlət başçımıza dünyada olan böyük hörmətin göstəricisidir.
Avrasiya İqtisadi İttifaqı sammiti ilə bağlı Sherg.az-a danışan millət vəkili Elman Nəsirov bildirdi ki, biabırçı sammit Nikol Paşinyanın hansı imicdə olduğunu bir daha göstərdi.
Deputat qeyd edib ki, Paşinyanda belə bir kompleks yaranıb ki, böyük dövlətlərin rəhbərləri onu qəbul etmək, görüşmək istəmirlər:
“BMT Baş Assambleyasının sessiyasında iştirak edən Nikol Paşinyan nə qədər cəhd etsə də, ABŞ Prezidenti Donald Trampla görüşə bilmədi. ABŞ-a səfəri öncəsi Nikol Paşinyanın Donald Trampla görüşəcəyini piar edən Ermənistan mediası baş nazirin yalnız ABŞ Prezidenti ilə selfi çəkdirməyə nail olduğundan məyusluğunu gizlədə bilməmişdi. Ermənistan mətbuatı bunu rişxəndlə “Paşinyanın selfi diplomatiyası” adlandırır. İndi də Avrasiya İqtisadi İttifaqı Sammitinin İrəvanda keçirilməsinə baxmayaraq, Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşü son anda baş tutub. Ermənistan mediası da təsdiq edir ki, rəsmi Yerevan bu görüşün baş tutması üçün çox ciddi səylər göstərib, görüş üçün Rusiya tərəfi ilə dəfələrlə əlaqə yaradılıb və xahiş olunub. Əslində, protokol qaydalarına görə, zirvə görüşünü təşkil edən ölkənin rəhbəri ayrı-ayrılıqda hər bir dövlət və hökumət başçısı ilə görüşür, bir çox hallarda bu görüş geniş tərkibdə keçirilir, ikitərəfli münasibətlər müzakirə olunur. Dəfələrlə bu kimi tədbirlərə ev sahibliyi edən Azərbaycanın nümunəsi, Azərbaycan Prezidentinin dövlət və hökumət başçıları ilə ayrı-ayrılıqda, geniş tərkibdə görüşləri bunu əyani şəkildə təsdiqləyir. Tədbirlərdə iştirak edən dövlət başçıları, Nobel mükafatçılarının hər biri çalışır ki, Azərbaycan Prezidenti ilə görüşsün. İrəvanda Vladimir Putinlə Nikol Paşinyan arasında görüşün isə günün sonunda, özü də Avrasiya İqtisadi İttifaqı Sammiti çərçivəsində baş tutması, Ermənistana və onun baş nazirinə olan münasibətin göstəricisidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya
Fransanın sabiq Baş naziri vəfat edib
13:20 23.03.2026
Dünya
Çin lideri İlham Əliyevi təbrik edib
13:07 23.03.2026
Rəsmi
Müctəba Xameneinin son durumu açıqlandı
13:00 23.03.2026
Dünya
Əli Laricanin məzarının şəkli yayılıb
12:52 23.03.2026
Region
Zülfiqaridən Trampa: Sən işdən çıxarıldın!
12:44 23.03.2026
Dünya
Saba 23 dərəcə isti olacaq
12:36 23.03.2026
Ekologiya
İran Körfəzi minalayacağı ilə hədələyib
12:20 23.03.2026
Region
Terapevt: Bayramdan sonra balanslı qidalanmaya keçidin vacibdir
12:07 23.03.2026
Sağlamlıq
Rusiyanın ən böyük neft terminalından biri vuruldu
11:59 23.03.2026
Dünya
“Bəsic”in Şiraz komandiri öldürüldü
11:49 23.03.2026
Ekologiya
Lənkəranda qaçaqmalçılıqla gətirilmiş 12 kq marixuana aşkarlanıb
11:40 23.03.2026
Hadisə
Tehrana görünməmiş zərbələr endirilir
11:32 23.03.2026
Region