Binəli Yıldırım: Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün 3+3 formulu çox vacib platformadır
Yusif Nəzərli
07:59 14.03.2024
Siyasət
271
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım XI Bakı Qlobal Forumun rəsmi açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamını çatdırılıb.
Binəli Yıldırım bildirilib ki, Bakı Qlobal Forumu ənənəvi xarakter daşıyır.
“Çox yaxşı haldır ki, Antalya Forumundan sonra Qlobal Forum Bakıda keçirilir. Antaliya Forumunda bir sıra qlobal problemlər müzakirə olundu. Bakı Qlobal Forumunun əsas mövzusu olan parçalanmış dünya bizim üçün əsas problemdir. Artan qlobal çağırışlar, xüsusən dünya nizamının pozulması çağırışları qarşısında birgə çalışmalıyıq. Biz ətrafımıza baxdıqda görürük ki, münaqişələr davam edir və bu münaqişələr mənfi fəsadlarla nəticələnir. Bu münaqişələr iqtisadiyyat, infrastruktur, enerji sahələrinə də təsir göstərir. Rusiya-Ukrayna müharibəsi artıq üçüncü ilə keçir, onun nəticələri dünyanın müxtəlif yerlərində özünü göstərir. Türkiyə də bu münaqişənin dinc yolla həllinə çalışır” – bildirib.
Binəli Yıldırım qeyd edib ki, nəhayət, Qarabağ bölgəsi işğaldan azad edilib: “Sülh və Cənubi Qafqaz regionunun çiçəklənməsi təmin edilməlidir. Digər tərəfdən, Qəzzada yaşananlara son qoyulmalıdır. Əfsuslar olsun ki, qadınlar, uşaqlar öldürülür. Belə soyqırımı, etnik təmizləmə beynəlxalq ictimaiyyət tərəfindən dayandırılmalıdır. Belə olmasa, dünya sona gedəcək. İrqçilik, ksenofobiya, qeyri-bərabərlik qlobal təhlükəsizlik probleminə çevrilməkdədir”.
Binəli Yıldırım nəzərə çatdırıb ki, bu gün beynəlxalq sistem dünyanın paçalanmasının qarşısını almaq üçün həll variantları tapa bilmir: “Ekstremist hərəkatlar artır. İkinci Dünya müharibəsindən sonra yaradılmış təşkilatlar həll variantları ortaya qoya bilmir. Ona görə daha güclü təsisatlar lazımdır. Biz inanırıq ki, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün 3+3 formulu çox vacib bir platformadır. Bu il Bakıda 3+3 formulunun Türkiyədə üçüncü görüşünə ev sahibliyi edəcəyik. Digər tərəfdən, həmrəylik Türk Dövlətləri Təşkilatının məramını təşkil edir. Biz qlobal sülhü və ədaləti təşviq edirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol