“Bu “seçkilər”ə etiraz etməkdən başqa yolumuz yoxdur” – Millət vəkili
Fidan Həmişəyeva
16:17 06.09.2019
Siyasət
1012
Sentyabrın 8-də Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “yerli özünüidarəetmə" seçkiləri keçiriləcək.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Əlbəttə, ölkəmiz öz ərazilərində təşkil olunan qondarma seçkilərə səssiz qala bilməzdi. Və Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) buna dərhal reaksiya verib. XİN-in mətbuat katibi Leyla Abdullayeva bildirib ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində “seçkilər” donu ilə təqdim edilən növbəti şou nəticəsiz qalacaq.
Onun sözlərinə görə, hər kəsə çox yaxşı bəlli olan bir reallıq var: hərbi təcavüz, işğal, etnik təmizləmə, qanunsuz əməllər halında hansı “seçki”dən danışırsansa danış, nə bu hazırlanan tamaşa, nə də onun nəticələri beynəlxalq ictimaiyyət tərəfindən tanınmır və tanınmayacaq:
“Ölkəmizin işğal olunmuş torpaqlarında işğalçı ölkə Ermənistan tərəfindən yaradılmış oyuncaq rejimlə də bağlı bu eynilə belədir. Xatırladıram, bu günə kimi keçirilmiş dırnaqarası seçkilərlə bağlı beynəlxalq ictimaiyyət, o cümlədən həmsədr ölkələri, bu qanunsuz əməlləri və onların nəticələrini tanımadıqlarını birmənalı şəkildə qeyd ediblər”.
Buna baxmayaraq düşmən işğal edilmiş torpaqlarımızda müxtəlif tədbirlər və idman yarışlarını təşkil edirlər. Maraqlıdır, belə olan halda Azərbaycan tərəfi nə etməlidir?
Sualımızı cavablandıran millət vəkili Rasim Musabəyov“Sherg.az”a bildirdi ki, ölkəmizin atacağı addım bu məsələ ilə bağlı etirazlarını bildirməkdir:
“Məlumdur ki, ermənilər torpaqlarımızı işğal ediblər. Nəzərdə tutulan qondarma seçkilərin heç bir hüquqi əhəmiyyəti yoxdur. Hər bir halda işğal edilən bölgələrimizə nəzarət bizdə deyil. Ona görə də bu “seçkilər”ə etiraz etməkdən başqa yolumuz yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi