Ceyhun Bayramovdan Ermənistana sərt xəbərdarlıq: “Nəticələri ağır olacaq”
Ceyhun Bayramovdan Ermənistana sərt xəbərdarlıq: “Nəticələri ağır olacaq”
Yusif Nəzərli
09:25 12.04.2023
Siyasət
560
“Ermənistan üçün təxribatların nəticələri ağır olacaq”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, bölgədə normallaşma istiqamətində hansısa real addımlar atılanda ilk dəfə deyil ki, Ermənistanın siyasi və hərbi təxribatların şahidi oluruq:
“Dünənki təxribat da bundan irəli gələn addım idi. Azərbaycan hərtərəfli araşdırma, təhlil aparır. İlkin rəylərə əsasən, bu, planlaşdırılmış təxribat idi. Ərazidə həmin vaxt Ermənistan xüsusi təyinatlı korpusunun komandirinin olması göstərir ki, təxribat onların əmri ilə həyata keçirilib. Bunun arxasında düşünülmüş plan var idi.
Azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin tapşırığı ilə intensiv yenidənqurma işləri gedir. Məcburi köçkünlərimizin bu ərazilərə yaxın zamanda qayıdışı planlaşdırılır. Həmin ərazilərə yaxın yerdə təxribatın törədilməsi geri qayıdışın qarşısının alınması üçün bir addım sayıla bilər.
Ermənistan belə məsuliyyətsiz, təhrikçi və təhlükəli addımlardan mütləq çəkinməlidir. Bunun dünən olduğu kimi cavabı və nəticələri Ermənistan üçün ağır olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm