Türkiyə-Azərbaycan Universitetinin rektorundan “Şərq”ə yubiley təbriki

“Şərq” qəzetinin 30 illik yubileyi münasibətilə nəşrə ünvanlanan təbriklər davam edir. Türkiyə-Azərbaycan Universitetinin rektoru Nəcibə Nəsibova da qəzetin yubileyi münasibətilə təbrik məktubu ünvanlayaraq kollektivə xoş arzularını çatdırıb.

Məktubda vurğulanır:

“Hörmətli Akif müəllim!

“Şərq” qəzetinin fəaliyyətə başlamasının 30-cu ildönümü münasibətilə Sizi və rəhbərlik etdiyiniz kollektivi Universitetimizin və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Rəhbərlik etdiyiniz qəzet fəaliyyətə başladığı gündən etibarən digər sahələrlə yanaşı, elm və təhsil sahəsində görülən işlərlə bağlı informasiyanın obyektiv və geniş şəkildə ictimaiyyətə çatdırılmasına xüsusi diqqət yetirmiş, nüfuzlu media qurumu kimi ölkəmizdə özünəməxsus yer tutmuşdur.

İnanıram ki, Universitetimizlə “Şərq” qəzeti arasındakı əməkdaşlıq bundan sonra da uğurla davam edəcək, elm və təhsil sahəsində həyata keçirdiyimiz layihələrin, əldə etdiyimiz nailiyyətlərin və irəli sürdüyümüz qabaqcıl təşəbbüslərin geniş şəkildə ictimaiyyətə çatdırılmasına mühüm töhfə verəcəkdir.

Bir daha Sizi və “Şərq” qəzetinin kollektivini ürəkdən təbrik edir, Sizə, eləcə də kollektivinizə möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə isə davamlı uğurlar və yeni nailiyyətlər arzulayıram”.