Deputatlarımız Ermənistanın halını görüb, gəldilər
Yusif Nəzərli
05:28 26.02.2022
Siyasət
582
Sülh tərəfdarları çoxdur, lakin revanşistlərin ictimai rəyə təsir imkanları qalır
Əhməd Şahidov: "Azərbaycanı təmsil edən deputatların İrəvana səfəri erməni cəmiyyəti üçün soyuq duş effekti verdi. Bu tendensiya bir müddət davam edəcək"
“İrəvanda risklərlə üzləşəcəyimizi bilirdik”. Bu sözləri Avronest Parlament Assambleyasının (PA) İrəvanda keçirilən komitə iclaslarında iştirak etmiş millət vəkili Tahir Mirkişili deyib. Deputat bildirib ki, İrəvanda aeroportda düşəndən geri qayıdana qədər Daşnaksütyun partiyası etiraz aksiyaları keçirib. T.Mirkişili deyib ki, hər gün Avronest PA-nın komitə iclaslarının keçirildiyi binaların önündə, qaldıqları otelin qarşısında aksiyalar təşkil olunub: “Bildiyimiz qədər, həmin aksiyalarla bağlı bir neçə nəfər həbs edilib, cinayət işi açılıb. Bütövlükdə isə bizi daim hədələyirdilər. Sosial şəbəkələr üzərindən də hədələyirdilər. Hətta biri mənə yazmışdı ki, sizin başınızı kəsəcəyik. Biz Müzəffər Ali Baş Komandanımıza, dövlətimizə güvənərək Ermənistana səfər etmişdik. Hər an arxamızda bu dəstəyi hiss edirdik. Bütün çıxışlarımızda arxamızda Azərbaycan dövlətinin gücünü hiss edirdik”.
İrəvana səfər etmiş digər deputat - Soltan Məmmədov da bildirib ki, müharibənin ağır psixoloji zərbəsi Ermənistanda hər addımda hiss olunurdu. Onun sözlərinə görə, Ermənistanda yaşayan sadə vətəndaşlar, bütün erməni xalqı 30 ilə yaxın bir müddətdə işğalçı, təcavüzkar siyasətin girovuna çevrilib:
“Yalançı təbliğatın qurbanı olublar. Onları inandırmağa çalışıblar ki, erməni ordusu “məğlubedilməzdir”, “güclüdür”. 44 günlük müharibə bu təbliğatı alt-üst etdi. Əsl reallığın nədən ibarət olduğunu göstərdi. Bu, təbii ki, cəmiyyətdə uzunmüddətli psixoloji gərginliyə səbəb olub. Ermənistanda sülhün və əməkdaşlığın yaranmış vəziyyətdə yeganə çıxış yolu olduğunu düşünənlər və revanşizm tərəfdarı olanlardan ibarət iki qütb formalaşıb. Onların arasında mübahisə və müzakirələr gedir. Düşünürəm ki, sülh tərəfdarı olanlar daha çoxdur, lakin revanşistlərin ictimai rəyə təsir imkanları qalır. Reallıq bundan ibarətdir”.
Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov “Şərq”ə açıqlamasında bildirib ki, erməni cəmiyyətində hələ də anti-Azərbaycan meyilləri, revanşist və intiqamçı düşüncələr qalmaqdadır. Ekspertin sözlərinə görə, ermənilərin aqressiyası gözləniləndir:
“44 günlük müharibədən sonra Azərbaycanı təmsil edən deputatların İrəvana səfəri erməni cəmiyyəti üçün soyuq duş effekti verdi. Bu tendensiya bir müddət davam edəcək. Müharibə bitsə də, iki ölkə arasında birbaşa təmaslar hələ başlamayıb, gediş-gəliş təmin edilməyib. Zamanla münasibətin dəyişəcəyini düşünürəm. Azərbaycan tərəfdə bu istiqamətdə problem yoxdur. Biz tolerant xalqıq, ermənilərin etnik kimlikləri ilə problemimiz, düşmənçiliyimiz yoxdur. Amma monoton Ermənistanda hələ də türklərə qarşı dözümsüzlük davam etməkdədir. Rusiyanın vasitəçiliyi sayəsində Ermənistanda revanşist meyillərin azalacağı ehtimalı böyükdür. İki xalq arasında birbaşa təmaslar yaranarsa, etimad mühiti də formalaşa bilər. Məqsədimiz bölgədə sülh və sabitliyə nail olmaqdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Yeni Partiya CHP-ni xilas etməyəcək" - Türk politoloqla MÜSAHİBƏ
18:37 27.07.2026
Gündəm
Rumıniya rusiyalı diplomatı ölkədən çıxarır
18:16 27.07.2026
Dünya
Dələduzlar artıq "WhatsApp" üzərindən ov edir - EKSPERT RƏYİ
18:11 27.07.2026
Aktual
Rumıniya Moskvadakı səfirini geri çağırıb
17:48 27.07.2026
Dünya
Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb
17:30 27.07.2026
Hadisə
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm