Pekin ABŞ Prezidenti Donald Tramp, Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin üçtərəfli görüşü ərəfəsində İran və Ukrayna müharibələri ilə bağlı sülh danışıqlarının mərkəzində yer almaqdan yayınmağa çalışır.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” yazıb.
Pekin sammitin Çini hər iki hərbi münaqişə ilə əlaqələndirə biləcəyindən narahatdır
ABŞ, Çin və Rusiya liderlərinin üçtərəfli görüşü cümə axşamı Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində keçiriləcək.
“Financial Times” görüşün təşkili ilə bağlı məlumatlı mənbəyə istinadla qeyd edib ki, üç ölkə qeyri-adi addım ataraq danışıqlar üçün əvvəlcədən razılaşdırılmış gündəlik müəyyən etməmək qərarına gəlib.
ABŞ rəsmisi də nəşrə bildirib ki, Tramp Çin və Rusiya liderləri ilə nüvə silahlarına nəzarət və onların yayılmasının qarşısının alınması məsələlərini müzakirə etmək niyyətindədir. Amma görüşdə hansısa razılaşmanın əldə olunacağı gözlənilmir.