Dilqəmlə Şahbaz azad edilsin: Bunu İrəvandan tələb etmək Kreml üçün çətin deyil
Fidan Həmişəyeva
10:57 27.11.2019
Siyasət
810
Uzun müddətdir ki, erməni girovluğunda olan Dilqəm Əsgərov ailəsinə video göndərməkdən imtina edib. Bu barədə Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. K.Əsgərov deyib ki, artıq uzun müddətdir atasından nə məktub, nə şəkil, nə də video görüntü əldə edə bilirlər:
“Atam Dilqəm Əsgərov bizə nə şəkil göndərilməsinə icazə verir, nə də video-görüntü. Bizə artıq məktub da yazmır”.
Bu günə qədər girovlarımızın erməni əsirliyindən azad olunması istiqamətində müəyyən danışıqlar aparılmasına baxmayaraq məsələ həllini tapmamış qalıb. Çox güman ki, Dilqəm Əsgərovun video görüntüdən imtina etməsi də bir etiraz nümunəsidir. Bu günlərdə Ermənistan və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfəri baş tutdu. Bu görüşdən sonra iki ölkənin deputatlarının da qarşılıqlı səfərləri müzakirə edilir. Rusiyanın bu səfərlərin təşkilində xüsusi olaraq iştirakı diqqət çəkən məqamlardan biridir. Moskva bu cür humanitar tədbirə əl qatıbsa, girovlarımızın azad olunması istiqamətində də Ermənistana təzyiq göstərə bilər.
Məsələni dəyərləndirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri , politoloq Elxan Şahinoğlu Sherg.az-a açıqlamasında bildirib ki, Rusiyanın səyi ilə girovların azad olunması o qədər də çətin deyil.
Analitik qeyd edib ki, girovlarımızdan birinin, Dilqəm Əsgərovun Rusiya vətəndaşı olduğu üçün problemin həlli mümkündür:
“Rusiya öz vətəndaşını girovluqdan azad etməlidir. Rusiyanın vasitəçiliyi ilə "xalq diplomatiyası" məsələsi gündəmə gəlir. Mən də illər boyu erməni jurnalistlərlə qarşılıqlı görüşmüşəm, Ermənistanda olmuşam. Amma gəldiyim qənaət budur ki, sülh sazişi imzalanmayana qədər "xalq diplomatiyası"nın qarşılıqlı səfərlərinin ciddi faydası olmayacaq. Erməni jurnalistləri Bakıya gəlib və onların yazılarında yenə də təxribat xarakterli məlumatlar yer tutur. O zaman hər iki ölkə jurnalistlərinin qarşılıqlı səfərlərinin bizə nə faydası olacaq? Torpaqlarımız mütləq boşaldılmalıdır. Hətta indi də o fikirdəyəm ki, danışıqlar nəticə vermirsə, hərbi təzyiqi artırmaq lazımdır. İlk addım olaraq xoş niyyət göstərmək istəyirlərsə, girovlarımızı azad etməlidirlər. Əgər bunu da etmirlərsə hansı xoş niyyətdən danışmaq olar? Hər iki ölkənin jurnalistlərinin qarşılqılı səfərlərinin əleyhinə deyiləm. Dünən Qarabağın Azərbaycanlı İcmasının rəhbəri də düzgün fikir səsləndirdi. O dedi ki, Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqlar başlamalıdır və bu bizim xeyrimizədir. Amma unutmamalıyıq ki, qarşılıqlı görüşlər sadəcə olaraq bir dialoqdur. Təəssüf ki, belə görüşlər münaqişənin həllini sürətləndirmir. İlk növbədə siyasi qərar verilməlidir. Ermənilər bu vaxta qədər min cür hoqqadan çıxıblar və bu hoqqaları yenə davam etdirəcəklər. Dialoq o demək deyil ki, onlar və ya biz fikrilərimizdən daşınacağıq. Amma Rusiya kimi böyük dövlət münaqişənin həlli və "xalq diplomatiyası"nın təsiri olmasını istəyirsə, əvvəlcə işğal faktına son qoyulmalıdır. Buna son qoyulmayana kimi qarşılqılı səfərlərin bir nəticəsi olmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya