
Dinc eranın başlanmasını söyləmək hələ çox erkəndir
Dinc eranın başlanmasını söyləmək hələ çox erkəndir
Yusif Nəzərli
08:18 22.12.2021
Siyasət
695
Paşinyan ona verilən şansı dəyərləndirəcəyini zaman göstərəcək
“Azərbaycan Prezidenti İlham Əliyev ilə noyabrın 26-da Soçidə və dekabrın 14-də Brüsseldə keçirilən görüşlərdən sonra Ermənistan və region üçün dinc eranın inkişafına dair imkanlar yaranıb”. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə görüşdə bildirib.
Baş nazir qeyd edib ki, Soçi və Brüssel görüşündən sonra İrəvan və Bakı addım-addım yeni mərhələyə doğru irəliləyir.
Paşinyan bildirib ki, Ermənistan hökuməti bu istiqamətdə irəliləmək üçün bütün imkanlardan istifadə edəcək.

Paşinyanın son günlər, xüsusən Soçi və Brüssel görüşlərindən sonra səsləndirdiyi müsbət mesajları “Şərq”ə təhlil edən Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədov deyib ki, Ermənistan rəhbərliyinin tamamilə dəyişdiyini və Paşinyanın ağıllandığını iddia etmək hələ çox tezdir. Analitik bildirib ki, İrəvan hökumətinin ardıcıl rasional addımlar atacağı inandırıcı deyil:
“Nə qədər ki, regionda Ermənistan adlı dövlət var, Azərbaycana və bölgəyə təhdidlər qalacaq. Rəsmi Bakı hər şeyə rəğmən, post-müharibə dövründə qarşı tərəfə dəfələrlə humanist addımlarla cavab verib. Ermənistana çağırış edərək sülhə və sabitliyə səsləyib. Yaxşı başa düşürük ki, regionda sabitlik və ziddiyyətlərin aradan qaldırılması üçün mütləq şəkildə iqtisadi və humanitar sahədə əməkdaşlığa ehtiyac var. Məhz bu baxımdan digər qonşularımızla yanaşı, Ermənistanı da yeni geosiyasi və geoiqtisadi layihələrdə iştiraka dəvət edirik. İrəvanla yeni münasibətlərin əsasını qoymağa çalışırıq və bu istiqamətdə mühüm addımlar atırıq. Brüssel görüşündə əldə edilən şifahi razılaşmaların yaxın vaxtlarda Moskvada yazılı və hüquqi şəkildə təsdiqlənməsinin şahidi ola bilərik”.
Z.Məmmədov vurğulayıb ki, Paşinyan həm daxili auditoriyanı, həm hökumət nümayəndələrini, həm də siyasi opponentlərini Azərbaycanla sülhə, regional əməkdaşlığa hazırlamalıdır:
“Ermənistanda bu işlərə start verildiyi məlumdur. Paşinyanın açıqlamaları buna dəlalət edir. Lakin yenə deyirəm, bu, son yox, hələ başlanğıcdır. Hər halda Ermənistan üçün böyük şans və fürsət yaranıb. Ermənilərin bu şansı necə dəyərləndirəcəyini isə zaman göstərəcək”.
Oxşar xəbərlər
Paşinyan Rusiya və Avropa İttifaqı arasında həssas tarazlığı qorumağa çalışır - ŞƏRH
20:58 27.07.2026
Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəliyi vahid indekslər siyahısına əlavə edildi
15:12 27.07.2026
Xəbər lenti
Hamısına bax
Mexikonun mərkəzində atışma: bir nəfər ölüb, iki nəfər yaralanıb
09:47 28.07.2026
Hadisə
“Qarabağ”dan ayrılan Addainin yeni klubu rəsmiləşdi
09:19 28.07.2026
Futbol
Hindistan XİN Ukrayna səfirini çağırdı
08:58 28.07.2026
Dünya
Tom Kruzun qızı Suri atasının soyadından imtina edib
08:57 28.07.2026
Dünya
Avqustda 4 bürcə pul gələcək
08:20 28.07.2026
Cəmiyyət
Toy bitdi, iş başladı
07:51 28.07.2026
Şou
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou