“Bizim prioritetimiz Dağlıq Qarabağı işğalçılardan, terrorçulardan təmizləməkdir. Odur ki, səbr nümayiş etdirməliyik. İndiki məqamda gücümüzü eyni addım atmağa sərf etmək doğru olmaz.
Düşmən KTMT-yə güvənməsin ! – “Bu qurum işğala məruz qalanı müdafiə edir!”
Banuçiçək Kalbalıyeva
09:42 14.10.2020
Siyasət
699
“KTMT-nin şərtlərində göstərilib ki, üzv ölkələr təcavüzə məruz qalanı müdafiə etməkdə borcludurlar”
“Ermənistan isə təcavüzə məruz qalan deyil, təcavüzkar ölkədir”
“Bu, Ermənistana bizi vurmağa imkan vermir. Həm də KTMT ölkələrinin Ermənistanı müdafiə edəcəyinə inanmıram”
“Bu, beynəlxalq hüququn pozulması olar”
Ermənistanın yaşayış məntəqələrimizi, mülki əhalimizi vurmaqda məqsədi artıq aydındır. Bu, cəmiyyət arasında xof, narazılıq yaratmaqla yanaşı, həm də təxribat xarakterlidir. Belə ki, düşmən bizi adekvat cavaba təhrik edir. Düşünür ki, Ermənistanı vursaq, üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri, xüsusilə vassalına çevrilmiş Rusiya onu müdafiə edəcək. Yəni amalı müharibənin miqyasını genişləndirmək, tərəflərin sayını artırmaqdır. Amma düşmən undur ki, KTMT-nin üzvü olmaq beynəlxalq hüququ tapdamaq demək deyil.
Axı Azərbaycanın da beynəlxalq hüquqa müvafiq olaraq öz ərazilərini, millətini, xalqını qorumaq və ərazilərinə qarşı təhdidləri aradan qaldırmaq hüququ var. Bu mənada təcavüzkar Ermənistan başa düşməlidir ki, ona Azərbaycanda qətliam törətməyə, evləri sakinlərin başına yıxmağa imkan verilməyəcək. Vallah, 90-cı illərin qatarı gedib. İndi həmin qatar yüksək sürətlə əks istiqamətə- Ermənistan tərəfə yol alıb...
Vəziyyəti “Shergt.az”a şərh edən BDU-nun Hüquq fakültəsinin dekanı, hüquq üzrə elmlər doktoru, professor Əmir Əliyev “Sherg.az”a məsələnin mahiyyətini izah edib:
“Düşmən Gəncəni Vardenisdən, yəni Ermənistan ərazisindən vurub. BMT nizamnaməsinin 51-ci maddəsinə görə təcavüzə məruz qalan ölkənin özünü fərdi və kollektiv müdafiə hüququ var. Təcavüz təkcə basqın demək deyil. Bir silahlı qüvvələrin başqa silahlı qüvvələr üzərinə hücumu və ya silahların tətbiqi özü də təcavüzdür. Deməli, Azərbaycan özünü müdafiə etməkdə, düşmənə adekvat cavab verməkdə tam haqlıdır. KTMT-nin şərtlərində göstərilib ki, üzv ölkələr təcavüzə məruz qalanı müdafiə etməkdə borcludurlar. Ermənistan isə təcavüzə məruz qalan deyil, təcavüzkar ölkədir. Amma bu, Ermənistana bizi vurmağa imkan vermir. Həm də KTMT ölkələrinin Ermənistanı müdafiə edəcəyinə inanmıram. Bu, beynəlxalq hüququn pozulması olar”.
Ə.Əliyev Azərbaycanın niyə adekvat cavab vermədiyinin səbəbini də açıqlayıb:
“Bizim prioritetimiz Dağlıq Qarabağı işğalçılardan, terrorçulardan təmizləməkdir. Odur ki, səbr nümayiş etdirməliyik. İndiki məqamda gücümüzü eyni addım atmağa sərf etmək doğru olmaz.
Yəni biz düzgün yoldayıq. Onu da deyim ki, əslində Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirir, BMT-in, ATƏT-in işini görürük.
Bizim əks-hücum əməliyyatlarımızın mahiyyəti BMT-in 822-ci, 853-cü, 874-cü və 884 saylı qətnamələrinin tələbidir. Otuz ildir səbr etdik, ümidlə gözlədik. Heç nə etmədilər.
İndi “sağ ol” demələri də lazım deyil. Amma işimizə qarışa bilməzlər. Jurnalistlər mənə sual verirlər ki, niyə Moskva görüşündən sonra atəşkəs olmadı? Əlbəttə, olmaz. Ermənsitanda vuruşan dörd, beş qüvvə var- ordu, Dağlıq Qarabağda qeyri-qanuni məskunlaşanlar, terrorçular, muzdlular...
Heç biri də xarici işlər nazirinin çağırışına məhəl qoymadı. Bir daha deyirəm, məqsədimiz ilk növbədə ərazimizi təmizləməkdir. Bu istiqamətdə beynəlxalq qüvvələr də bizə dəstək verməlidir. Qalan işlərlə isə sonra məşğul olarıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Öldürülən ABŞ pilotunun atası İranla müharibəyə qarşı çıxdı
20:36 20.03.2026
Dünya
Ağ Ev süni intellekt üzrə ilk milli siyasət çərçivəsini təqdim edib
20:24 20.03.2026
Dünya
KİV: Tramp İranla müharibə üçün 200 milyard dollar istəyir
20:11 20.03.2026
Dünya
İranın ali rəhbəri Türkiyəyə hücumlara münasibət bildirib
19:49 20.03.2026
Region
Azərbaycana yaz fəsli daxil olub
19:08 20.03.2026
Cəmiyyət
Tramp: ABŞ olmadan NATO “kağız pələng”dir!
18:50 20.03.2026
Dünya
Çak Norris vəfat edib
18:35 20.03.2026
Şou
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya