Düşmən təxribatı ! – Məqsəd Azərbaycan Almaniya əlaqələrinə xələl gətirmək idi” - Əks effekt !
Banuçiçək Kalbalıyeva
11:48 20.10.2020
Siyasət
620
“Bizim mövqeyimizdən sonra Almaniyadan Azərbaycanın ərazi bütövlüyünü tanıyan bəyanat verildi”
“Nəticədə olan təxribatçıların, seperatçıların özlərinə oldu: özlərini biabır etdilər”
“İslomofob ideologiya daşıyıcısı olduqlarını dünya ictimaiyyəti qarşısında bir daha göstərdilər”
Bundestaqda təmsil olunan nasist “Almaniya üçün alternativ” Partiyasının (AfD) 3 üzvü - Şteffen Kotre, Andreas Kalbitz və Andreas Qalao ötənlərdə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazilərinə qanunsuz səfər ediblər.
Heç kimə sirr deyil ki, AfD Almaniyada olduqca mənfi imicə malikdir. Partiyanın əsas məqsədlərindən biri də, Almaniyanı "islamlaşmaqdan xilas etmək”, inteqrasiya olunmayan miqrantları sıxışdırmaqdan ibarətdir.
Yerevanın mərkəzində faşist cəlladı Qareqin Nijdeyə heykəl qoyan Ermənistanın faşizmə rəğbət bəsləyən "Almaniya üçün alternativ" partiyasının nümayəndələrini işğal olunmuş Qarabağa dəvət etməsi bu ölkənin xisləti üçün təbii bir hal kimi görünür.
Əslində Bundestaqda təmsil olunan AfD partiyasının üç təmsilçisinin Dağlıq Qarabağ ərazilərinə qanunsuz səfər etməsi gözlənilən idi. Çünki ideologiyası eyni olan siyasi qüvvələr bir-birinə dəstək verməlidir. Afd-nin siyasi ideologiyası Ermənistanın faşizm siyasəti ilə üst-üstə düşür.
Qanunsuz səfərlə bağlı “Sherg.az”a danışan AŞPA-nın Azərbaycan nümayəndə heyətinin sədri, millət vəkili Səməd Seyidov bu addımı kəskin tənqid edib:
“Dağlıq Qarabağa səfər edənlər Avropadakı ultraradikal və neonasist cərəyanının nümayəndələridirlər. Bundestaqda belə deputatların olması Almaniya üçün utancvericidir. Məlum olduğu kimi, erməni lobbisi müxtəlif ölkələrdə kampaniya formalaşdırır. Bunun nəticə vermədiyini görən işğalçı indi də neonasist və ultraradikallardan yararlanmağa çalışır.
Nijde Qaraginə abidə ucaldan dövlətin bu hərəkətinə əslində təəccüblənməmək lazımdır. Həmin parlamentarilərin “qara siyahıda” olması bütün dünyaya və Avropaya məlumdur. Belə provokasiyalar Ermənistanın, onun havadarlarnın və xüsusilə separatçıların süqutunun növbəti göstəricisidir”.
S. Seyidovun sözlərinə görə, bu təxribatla düşmən özü “tələyə düşdü”:
“Mənim üçün daha vacib olan Almaniya kansleri Angela Merkelin Azərbaycanın ərazi bütövlüyünün tanınması və təmin olunmasına dair birmənalı mövqeyidir. Azərbaycanın xarici işlər naziri, Beynəlxalq Əlaqələr Komitəsi Parlamenti öz etirazını bundestaqa bildirib.
Təxribatın məqsədi aydın idi: Azərbaycan Almaniya əlaqələrinə xələl gətirmək. Amma bu, əks effekt verdi. Bizim məsələ ilə bağlı mövqeyimizdən sonra Almaniyadan Azərbaycanın ərazi bütövlüyünü tanıyan, Dağlıq Qarabağı tarixi Azərbaycan torpaqları olduğunu göstərən növbəti bəyanat verildi.
Nəticədə olan təxribatçıların, seperatçıların özlərinə oldu: özlərini biabır etdilər, islomofob ideologiya daşıyıcısı olduqlarını dünya ictimaiyyəti qarşısında bir daha göstərdilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycana yaz fəsli daxil olub
19:08 20.03.2026
Cəmiyyət
Tramp: ABŞ olmadan NATO “kağız pələng”dir!
18:50 20.03.2026
Dünya
Çak Norris vəfat edib
18:35 20.03.2026
Şou
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya