Elçin Əmirbəyov: “Sülh yaxındır, lakin Ermənistan nəticələrə səmimi yanaşmalıdır”
Yusif Nəzərli
07:25 28.12.2023
Siyasət
380
Sülh prosesinin bu həlledici mərhələsində İrəvanın konkret nəticələrə nail olmaq üçün səmimi yanaşması zəruridir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "The Guardian"a müsahibəsində deyib.
O qeyd edib ki, ötən həftə sülh sazişinin mətninin son variantını Ermənistan tərəfinə təhvil verən Bakı indi İrəvandan öz təkliflərinə cavab gözləyir.
Onun sözlərinə görə, Ermənistan özü üçün Azərbaycanla sülh sazişinin imzalanmasının bütün faydalarını tam dərk etməli, eləcə də, sülh prosesini pozmağa və ölkəmizlə hərbi qarşıdurmaya qayıtmağa yönəlmiş bütün zərərli illüziyalardan və hiylələrdən imtina etməlidir.
Bakının hazırladığı sülh sazişi layihəsinin əsasını təşkil edən beş əsas prinsipi qeyd edən Prezidentin nümayəndəsi eyni zamanda bildirib ki, sərhədlərin müəyyənləşdirilməsi məsələsi onun mürəkkəbliyi və vaxt aparması nəzərə alınaraq sonrakı mərhələdə həll oluna bilər.
E.Əmirbəyov sülh sazişinin imzalanmasından sonra tərəflər arasında mübahisələrin həlli mexanizmi barədə suala cavabında vurğulayıb ki, Azərbaycan bu məsələdə heç bir kənar müdaxilə olmadan ikitərəfli Ermənistan-Azərbaycan Komissiyasının yaradılması ideyasına üstünlük verir: “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin təmin edilməsinə gəlincə, Bakı bu məsələni təkcə Çini Avropa ilə birləşdirən Orta Dəhliz üçün alternativ marşrutun yaradılması kontekstində deyil, həm də öz milli təhlükəsizliyinin təmin edilməsinin mühüm elementi kimi dəyərləndirir”.
E.Əmirbəyov vurğulayıb ki, cərəyan edən hadisələr göstərir ki, Bakı üç il Ermənistandan aydın cavab gözlədikdən sonra daha çox vaxt itirmək fikrində deyil: “Əgər Ermənistan Zəngəzur dəhlizinin yaradılmasında öz faydasını başa düşə bilmirsə, hələ də Azərbaycanın ona qarşı guya gözlənilən təcavüzünun olması barədə absurd rəvayətləri yaymaqda davam edib regional dalana dirənmək niyyətindədirsə, Azərbaycan artıq konkret fəaliyyətə keçib və qonşu İran ərazisindən yuxarıda qeyd olunan nəqliyyat əlaqələrinin yaradılmasına üstünlük verməklə “B planı”nı həyata keçirməyə başlayıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm