Elçin Mirzəbəyli: "Azərbaycanda əldə olunan uğurlar, Ulu Öndərin strategiyasının nəticəsidir"
Fidan Həmişəyeva
13:13 02.10.2019
Siyasət
1565
Ümumilli lider Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycan tarixinin yeni mərhələsi başladı. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər 98.84 faiz səslə Azərbaycan Prezidenti seçildi.
Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamdan qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrə ölkəyə sahib çıxa biləcək Heydər Əliyev kimi liderə ehtiyacı var.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Sherg.az-a bildirdi ki, 1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanı quberniyalara və hissələrə bölmüşdülər.
Onun sözlərinə görə, Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanda dövlət prosesinin başlanılması və inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir:
“Ümummilli lider Azərbaycan dövlətinin banisi oldu. Eyni zamanda Heydər Əliyevin həyata keçirdiyi neft siyasəti nəticə etibarı ilə ölkəmizin bu günkü inkişafına zəmin yaradıb. Onun gəlişi ilə Azərbaycanda peşəkar ordu formalaşdı. Bu proses hazırda da davam etməkdədir. Ümumiyyətlə bu günkü Azərbaycanla 1993-cü ildəki Azərbaycanı müqayisə etməyi bacaran insanlar, bu müddət ərzində ölkəmizin nə qədər böyük inkişaf yolunu keçdiyinin şahidi ola bilələr. Bu gün Azərbaycanda əldə olunan uğur və nəticələr şübhəsiz ki, vaxtilə Ulu Öndərin həyata keçirdiyi strategiyasının nəticəsidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi