Əli Əsədov Rusiya gedir: “...Yeni nəqliyyat erası başlayıb”
Banuçiçək Kalbalıyeva
10:02 19.05.2021
Siyasət
1023
Bu gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasına rəsmi səfərə gedəcək. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, mayın 20-də Baş nazirin və nümayəndə heyətinin Rusiya Federasiyası Hökumətinin sədri M.V.Mişustinlə və RF hökumətinin üzvləri ilə görüşü keçiriləcək. Əlbəttə, müzakirələrin məhz indiki məqamda- Azərbaycanın öz haqq savaşını uğurla davam etdirdiyi, sərhədlərini müəyyənləşdirdiyi bir vaxtda bərpası heç də təsadüfi deyil.
Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov səfər barədə “Sherg.az”a danışdı:
“Əslində bu, gözlənilən idi. Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı bunun anonsu verilmişdi. Ümumiyyətlə, post-müharibə dövründə Azərbaycan, Rusiya və Ermənistan müxtəlif üçtərəfli müzakirələrin getdiyini görürük.
Bir çox məsələlər, o cümlədən iqtisadi əməkdaşlıq və nəqliyyat dəhlizi barədə fikir mübadiləsi aparılır. Artıq regionda yeni geosiyasi və nəqliyyat erası başlayıb. Təkcə regionun deyil, həm də Avrasiyanın nəqliyyat strukturuna təsir edəcək addımlar atılır.
Fikrimcə, Azərbaycan və Rusiya arasında iqtisadi, xüsusilə, kənd təsərrüfatı sahəsində əlaqələrin yenidən nəzərdən keçirilməsinə ehtiyac var. Hər halda Azərbaycan və Rusiya liderləri qarşılıqlı ticarət dövriyyəsini artırılmasını qarşıya məqsəd qoyublar.
Hazırkı münasibətlər bunun üçün tam münasibdir. Təkrarlayıram, yeni qarşılıqlı layihələr həyata keçirilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi