Əli Həsənova YAP-da vəzifə verilir

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənova hakim Yeni Azərbaycan Partiyasında (YAP) vəzifə verilir.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Ə.Həsənovun YAP-ın yeni seçilmiş İdarə Heyətinin bu gün keçiriləcək ilk iclasında Veteranlar Şurasının sədri seçiləcəyi bildirilir.

Eyni zamanda Təftiş Komissiyasına, eləcə də Gənclər Birliyinə sədr seçiləcək.

Qeyd edək ki, Veteranlar Şurasının hazırki sədri Arif Rəhimzadədir.