Əliyev- Paşinyan görüşü nələr vəd edir?
Yusif Nəzərli
17:36 03.10.2021
Siyasət
428
Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsə verib. Dövlət başçısı bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyan buna hazır olacağı vaxt onunla görüşə hazırdır. Elə bu ərəfədə Ermənistanın Təhlükəsizlik Şurası tərəflər arasında danışıqların gözlənildiyini dedi. Fikrimcə, belə bir görüş yaxın zamanda baş tutacaq. Çünki İrəvanın reallıqlarla barışmaqdan, normal qonşuluq siyasətinə keçməkdən başqa yolu yoxdur. Hər şey- beynəlxalq hüquq da, mövzud geosiyasi vəziyyət də, imzalanan sənədlər də Bakının xeyrinədir. Paşinyan bunu yaxşı anlayır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasındakı Soçi görüşündə də Cənubi Qafqazla bağlı bağlı məsələlər gündəmə gəlmişdi. Türkiyə lideri həmin danışıqların məhsuldar keçdiyini demişdi. Bəlkə də, Moskva hansısa güzəştlərə məcbur olub.
Yaxın günlərdə Ərdoğanla ABŞ prezidenti Co Baydenlə görüşdə də, heç şübhəsiz, regional məsələlər unudulmayacaq. Ankaranın əsas məqsədi Qərbi, o cümlədən Vaşinqtonu bölgədə baş verənlərə müdaxilə etməkdən mümkün qədər çəkindirməkdir. Əgər bu görüş də istənilən kimi keçsə, danışıqlar üçün maneə qalmayaq. Əslində Paşinyan Türkiyə ilə yaxınlaşmaq barədə bəyanatlar səsləndirərkən həm də görüşə hazır olduğunu deyirdi. Əlbəttə, o, Azərbaycanla qarşılıqlı münasibətlərin motivindən və Rusiyanın qorxusundan bunu açıq dilə gətirə bilməzdi. Lakin hər şey aydındır. Proseslər məhz Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünə doğru gedir. Böyük ehtimalla həmin vaxtadək üçtərəfli bəyannamənin daha bir neçə şərti yerinə yetiriləcək. Hər halda İrəvan səmimi olduğunu göstərməli və bizi buna inandırmalıdır.
Bəzən sərsəm bəyanatlar səsləndirməsinə rəğmən, Paşinyan ağıllı siyasətçidir. Bilir ki, vəziyyəti ildırım sürətilə pisləşir. Üzü qışa doğru ölkənin iqtisadiyyatı daha da zəifləyəcək. Və bu, onun hakimiyyəti üçün daxildə ciddi təhlükə yaradacaq. Bir sözlə, Paşinyan rifahın, inkişafın Azərbaycan və Türkiyə ilə əlaqələlərdən keçdiyini anlayır. Rusiyanın Ermənistana qarşı ciddi təzyiqi, gözlənilməz həmləsi olmayacağı təqdirdə bunun reallaşacağını düşünmək olar.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi