Elmar Məmmədyarov: Sülh sazişindan əvvəl parafraz mətni qəbul etmək olar
10:52 09.07.2025
Siyasət
408
Amerika tarixdə bu prosesdə rol almış ölkə kimi qalmaq istəyir
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcək.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Sherg.az-a deyib ki, Əbu-Dabidə keçiriləcək görüşdə sülh sazişinin imzalanacağına inanmır:
"Çünki ortada bir sıra şərtlər və tələblər var – xüsusilə də Azərbaycan tərəfindən. Məsələn, Ermənistan öz konstitusiyasını dəyişməlidir ki, orada Azərbaycanın ərazi bütövlüyünə qarşı olan iddialar aradan qaldırılsın. Eyni zamanda, Minsk Qrupunun fəaliyyəti məsələsi də gündəmdədir. Bəlkə də sülh sazişi imzalanmazdan əvvəl bir parafraz formasında razılaşdırılmış mətni qəbul etmək olar. Yəni, ilkin olaraq sənədin mətni razılaşdırılar, sonra isə Ermənistan tərəfi öz konstitusiyasında dəyişiklik edər. Həmçinin ATƏT-ə müraciət olunaraq Minsk qrupunun ləğvi ilə bağlı məsələlər yoluna qoyular. Bunun ardınca isə sülh sazişi imzalanar. Görünür, sabah hansı proseslərin müzakirə olunacağına dair ölkə rəhbərləri arasında görüş keçiriləcək və bəzi məsələlər dəqiqləşdiriləcək. Bir neçə gün əvvəl BƏƏ rəhbərliyi həm Prezident İlham Əliyevlə, həm də Ermənistanın Baş naziri Nikol Paşinyanla əlaqə saxlayıb. Yəqin ki, bu zaman BƏƏ tərəfi hər iki ölkə rəhbərinin görüşünü təşkil etmək təklifini irəli sürüb. Necə ki, vaxtilə Qazaxıstan da belə bir vasitəçilik təklifi etmişdi".
Sabiq nazir əlavə edib ki, ABŞ Dövlət Katibi də bildirib ki, Ermənistan və Azərbaycan sülhə meyllidirlər və sülh sazişinin imzalanmasını gözləyirlər.
"Təbii ki, ABŞ da maraqlıdır ki, bu münaqişə sülh yolu ilə başa çatsın. Amerika tarixdə bu prosesdə rol almış ölkə kimi qalmaq istəyir. Bir neçə həftə əvvəl ABŞ tərəfi təklif etmişdi ki, Zəngəzur dəhlizinin idarəçiliyini onlar həyata keçirsin. Amma bu məsələ ilə bağlı suallar var: Dəhlizin təhlükəsizliyini kim təmin edəcək? 2020-ci il üçtərəfli bəyanatın 8-ci bəndinə əsasən, əgər dəhliz açılsa, onun təhlükəsizliyini Rusiya sərhədçiləri təmin etməlidir. Bu baxımdan, ABŞ-nin iştirakı ilə bu məsələ necə tənzimlənəcək – hələ aydın deyil. Bu, müəyyən risklər və razılaşdırılmalı məqamlar doğurur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi