
Ən şanslı namizəd: Tramp seçicinin nə istədiyini yaxşı bilir
Yusif Nəzərli
07:19 14.03.2024
Siyasət
514
“O, yenidən prezident seçilərsə, ABŞ əhalisi indikindən daha yaxşı yaşaya bilər, amma bu ölkə dünya hegemonu statusundan məhrum olar”
ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton Donald Trampı dəstəkləyən amerikalıları ittiham edib. Klinton bununla bağlı X səhifəsində yazıb. O bildirib ki, gün keçdikcə hər şey daha aydın olur: "Trampa səs vermək Putinin komandasına səs verməkdir". Klinton Macarıstan Baş naziri Viktor Orbanla Donald Trampın birgə fotosunu da paylaşıb. ABŞ Prezidenti Co Bayden keçmiş Prezident Donald Trampın yenidən məğlub olacağı təqdirdə 2024-cü il seçkilərinin nəticələrinə etiraz edəcəyinə inandığını deyib. Trampın noyabrda uduzarsa, bunu etiraf edib-etməyəcəyi ilə bağlı suala Bayden belə cavab verib:
“O, sadəcə qalib gəlmək üçün hər şeyi edəcəyini düşünür. İnanıram ki, qalib gəlmək üçün hər şeyi edəcək. Mən qalib gəlsəm, o, nəticəyə etiraz edəcək. Onu məğlub edəcək yeganə şəxs mənəm və mən onu yenə məğlub edəcəyəm”. ABŞ prezidenti etiraf edib ki, heç vaxt ikinci müddətə namizəd olmamaq fikrini düşünməyib: “Mən iki səbəbə görə yenidən yarışmaq qərarına gəldim. Birincisi, nəticələrimlə həqiqətən fəxr edirəm və irəli getmək istəyirəm. Mən gələcəyə nikbin baxıram. İkincisi odur ki, mən kənardan baxanda öz-özümə deyirəm: gördüyüm işlərin çoxu indi öz təsirini verməyə başlayır”.
Politoloq Azər Rəşidoğlu "Sherg.az"a bildirib ki, ABŞ demokratiyanın beşiyi sayılan ölkədir. Orada seçkidə kimin qalib gələcəyini ehtimal etmək asan deyil:

"Bir neçə iqtisadi güc mərkəzinin təmsilçiləri mübarizə aparır, lakin qalibin kim olacağı ancaq seçki günü bilinir. Kimin seçilməsindən asılı olmayaraq, ABŞ-də bir sistem mövcuddur. Bu sistem istər xarici, istərsə də daxili siyasətlə bağlı planlar hazırlayıb təqdim edir. Prezidentlər bu işin yalnız icraçılarıdır. ABŞ-nin xarici siyasəti də 200 illik siyasətidir. Bütün bunlara baxmayaraq, düşünürəm ki, Donald Tramp seçicinin nə istədiyini yaxşı bilir. Ona görə də Meksikadan, digər Mərkəzi və Cənubi Amerika ölkələrindən, eləcə də bütün dünyadan Birləşmiş Ştatlara axışan mühacirlərə qarşı çıxışlar edir. Onların önünə siyasi baryerlər və hasarlar çəkilməsini prioritet sayır və seçicinin rəğbətini qazanır. Reallıq budur ki, Tramp yenidən prezident seçilərsə, ABŞ əhalisi bəlkə də indikindən daha yaxşı yaşaya bilər, amma bu ölkə dünya hegemonu statusundan məhrum olar. Rusiya və Çin ondan üstün hala gələr. ABŞ siyasi elitası isə buna yol vermək istəmir. Anlayır ki, bu, ölkə üçün yaxşı perspektiv vəd etmir. Onu da vurğulayım ki, ABŞ-də heç bir prezidentliyə namizəd bu qədər açıq şəkildə irqçilikdə, ksenofobiyada ittiham olunmayıb. Məhz Tramp belə ittihamlara məruz qalır və buna baxmayaraq, ən şanslı namizəd olur. Bunun tarixdə olduqca neqativ analoqları var. Lakin Tramp bunu düşünmür və qalib gələcəyinə əmindir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol