
“Ərazilərimizin minalardan təmizlənmə üçün vəsaiti Ermənistan verməlidir”
“Ərazilərimizin minalardan təmizlənmə üçün vəsaiti Ermənistan verməlidir”
Yusif Nəzərli
10:36 13.10.2022
Siyasət
778
“O , eyni zamanda, İkinci Qarabağ müharibəsinə görə də bizə təzminat ödəməlidir”
“480 milyarddan çox idi. Rəsmi İrəvan bunu ödəməlidir. Ona görə də minalarla yanaşı bu təzminat da reallaşmalıdır”
Prezident İlham Əliyev Oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxış edib. Dövlət başçımız çıxışında ölkəmizin dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasında olduğunu diqqətə çatdırıb: “ İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb”. Prezident onu da qeyd edib ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb: "Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır".

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev bu barədə “Sherg.az”a danışarkən bildirib ki, bütün dünya ölkələri bu məsələnin həllinə "əl qoymalıdırlar":
“Dünyanın istənilən yerində müharibə dövründə basdırılan minaların, postmüharibə dönəmində təmizlənməsi bir ölkənin görə biləcəyi iş deyil. Bu humanitar məsələdir. Bir çox böyük dövlətlər özlərinə qonşu olmayan uzaq ölkələrə belə bu məsələdə yardım əli uzadırlar. Bunu beynəlxalq aləm aradan qaldırmalıdır.
Təkcə Ağdam istiqamətində 96 min mina basdırılıb. İndi o torpağın hər qarşını yoxlamaq, təmizləmək lazımdır. Bu işi təkcə Azərbaycanın üzərinə atmaq olmaz. Amma dünya ölkələrinin bir çoxu buna laqeyd yanaşır, dəstək vermir. Digər tərəfdən, minalardan təmizlənmə üçün xərclənəcək vəsaiti Ermənistan tərəfi verməlidir. O , eyni zamanda, İkinci Qarabağ müharibəsinə görə də bizə təzminat ödəməlidir. İraq- Küveyt savaşını yada salaq. İraq Küveytə hücum etmişdi.
Dağıntıların miqyası o qədər də böyük olmasa da, Küveyt İraqa təzminat ödətdirdi. Başqa bir misal çəkim: Ukrayna-Rusiya savaşı da hələ bitməyib. Artıq Rusiyanın hesabları bağlanıb. Təxmini 680 milyard civarında məbləğ təzminat kimi Ukraynaya ödənilib. Bizim ərazilərimizin Ermənistan tərəfindən dağıdılması Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzvü olan böyük dövlətlər tərəfindən də dörd qətnamədə təsbit olunub.
Onlar özləri də bunu etiraf ediblər. Bizə dəymiş zərər hesablanıb. Xatırlayıram ki, mən Milli Məclisdə olanda bu məbləğ 480 milyarddan çox idi. Rəsmi İrəvan bunu ödəməlidir. Ona görə də minalarla yanaşı bu təzminat da ödənilməlidir. Hesab edirəm ki, ölkə başçımızın Astanadakı çıxışı zamanı ortaya qoyduğu bu tezis prosesə start vermək üçün çox uğurlu başlanğıcdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
18:48 26.07.2026
Sağlamlıq
KİV: ABŞ İrana hücumları müvəqqəti dayandırıb
18:09 26.07.2026
Dünya
Britaniyanın Baş naziri: Lazım gələrsə, Trampla razılaşmayacağam
16:25 26.07.2026
Dünya
Putin mobil telefonlardan istifadə etmir - Peskov
16:00 26.07.2026
Dünya
Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək
15:08 26.07.2026
Dünya
ABŞ İranın raketlərini qəsdən buraxır - KİV
14:51 26.07.2026
Gündəm
“Beşiktaş”ın Salaha etdiyi təklifin detalları bəlli oldu
14:34 26.07.2026
Futbol
Husilər Yəməndə “Bayraqdar” vurdular
14:17 26.07.2026
Dünya
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
13:22 26.07.2026
Cəmiyyət
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
12:49 26.07.2026
Ekologiya
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
12:35 26.07.2026
Ədəbiyyat
Faktiki hava: 39 dərəcə isti qeydə alındı
11:30 26.07.2026
Ekologiya
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
11:14 26.07.2026
Rəsmi
Əraqçi: İranın region ölkələri ilə düşmənçiliyi yoxdur
10:45 26.07.2026
Region
Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib
10:30 26.07.2026
Dünya