Ərdoğan bunun da öhdəsindən gələcək
Yusif Nəzərli
08:56 27.11.2021
Siyasət
1002
Ərdoğan bunun da öhdəsindən gələcəkTürkiyə milli valyutasına- lirəyə qarşı təzyiqlər, şübhəsiz, Prezident Rəcəb Tayyib Ərdoğanın beynəlxalq siyasətinə olan münasibətlə bağlıdır. Belə ki, Qərb Ərdoğanın qətiyyətini, əzmkarlığını qəbul etmək istəmir.
Beləliklə, Türkiyə liderini bu yolla sındırmağa çalışır. Bəli, bu, daxildə narazılıqlara səbəb olur. Ancaq Ərdoğan mübariz siyasətçidir. O, belə təzyiqlərə, sanksiyalara öyrəşib. Ərdoğan çox çıxışlarının birində deyib ki, biz iqtisadi asılılıq müharibəsindən də qalib çıxacağıq.
Bu, pafosla deyilmiş söz deyil. Ərdoğanın gücü hər kəsə məlumdur. Hakimiyyət dəyişikliyinin yaxın vaxtlarda, asanlıqla baş verə biləcəyinə inanmıram. Birincisi, ona görə ki, Türkiyənin müxtəlif İslam ölkələri, o cümlədən BƏƏ ilə əməkdaşlığı güclənir. Bu, təzyiqləri neytrallaşdırmaq üçün mühüm amildir. İkincisi, hazırkı iqtidarın tərəfdarları kifayət qədər çoxdur. Ərdoğan intensivləşdirdiyi çıxışlarında xalqın rəğbətini bir daha qazana bilir. Üçüncüsü isə, o, artıq növbəti seçkilərə hazırlaşır.
Bu isə o deməkdir ki, Ərdoğan özünə və xalqına inanır. Hakimiyyət dəyişikliyindən daha çox Ərdoğanın sağlamlıq problemləri ilə əlaqədar növbəti seçkilərdə qalib gələ bilməyəcəyini düşünürəm.
Ehtimal olunan hakimiyyət dəyişikliyi isə, Türkiyə- Azərbaycan münasibətlərinə köklü təsir etməyəcək. Çünki qardaş olan təkcə siyasi liderlər deyil, həm də xalqlardir. Bunu tarix bir neçə dəfə sübut edib. Sadəcə yeni siyasi liderin xarici siyasət kursundan asılı olaraq Cənubi Qafqaz regionu, o cümlədən Azərbaycanla bağlı siyasətdə müəyyən dəyişikliklər edilə bilər.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Keti Zakariyanın Ağ Evin yeni mətbuat katibi təyin etdi
01:04 10.10.2026
Gündəm
Kreml Putinin Trampla söhbətindən sonra bəyanat yayıb
00:45 10.10.2026
Gündəm
Tramp və Putin arasında telefon danışığı olub
23:57 09.10.2026
Son dəqiqə
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşdü
23:35 09.10.2026
Gündəm
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol