Ərdoğan: “Şimali Kiprə PUA və zərbə dronları yerləşdirmişik”
Ərdoğan: “Şimali Kiprə PUA və zərbə dronları yerləşdirmişik”
Yusif Nəzərli
13:47 07.10.2022
Siyasət
433
“İlk işimiz Şimali Kiprə PUA və zərbə dronları (Unmanned combat aerial vehicle/UAV) yerləşdirmək oldu”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistin Şimali Kiprdə Türkiyə bazası üçün hər hansı hazırlığın gedib-getmədiyi ilə bağlı sualını cavablandırarkən deyib.
“Hazırda bizim PUA və zərbə dronlarımız oradadır və qeyd etdiyiniz yerlə bağlı mövzuda yenə də oxşar şeylər ola bilər. Bunun olması da düzgündür. Çünki Şimali Kipri dörd bir tərəfdən, hərtərəfli qorumalıyıq.
Olsa da, olmasa da, onsuz da, hazırda bizim öz sərhədimizdən təyyarələrimiz havaya qalxan kimi Şimali Kiprdə olur. Orada da hansısa problem yoxdur. Bu axşam Anastasiades (Kipr Prezidenti Nikos Anastasiades - red.) dedi ki, gəl görüşək, danışaq və s. Bir nəfər vasitəçini də gətirdi.
Dedim ki, “Sən, onsuz da, gedirsən”. İki aydan sonra gedir. Dedim ki, “Belə bir vaxtda bu barədə danışmaq olmaz”. Həm də dedim ki, siz həmişə haradansa təlimat alırsınız. Bu təlimatlarla, onsuz da, bu işlərin davam etməsi mümkün deyil”.
Türkiyə lideri onu da bildirib ki, yunanların kəndiri ilə quyuya enmək olmaz:
“Əks halda quyuda qalarsınız”.
Mənbə: TRT Avaz
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
18:48 26.07.2026
Sağlamlıq
KİV: ABŞ İrana hücumları müvəqqəti dayandırıb
18:09 26.07.2026
Dünya
Britaniyanın Baş naziri: Lazım gələrsə, Trampla razılaşmayacağam
16:25 26.07.2026
Dünya
Putin mobil telefonlardan istifadə etmir - Peskov
16:00 26.07.2026
Dünya
Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək
15:08 26.07.2026
Dünya
ABŞ İranın raketlərini qəsdən buraxır - KİV
14:51 26.07.2026
Gündəm
“Beşiktaş”ın Salaha etdiyi təklifin detalları bəlli oldu
14:34 26.07.2026
Futbol
Husilər Yəməndə “Bayraqdar” vurdular
14:17 26.07.2026
Dünya
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
13:22 26.07.2026
Cəmiyyət
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
12:49 26.07.2026
Ekologiya
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
12:35 26.07.2026
Ədəbiyyat
Faktiki hava: 39 dərəcə isti qeydə alındı
11:30 26.07.2026
Ekologiya
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
11:14 26.07.2026
Rəsmi
Əraqçi: İranın region ölkələri ilə düşmənçiliyi yoxdur
10:45 26.07.2026
Region
Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib
10:30 26.07.2026
Dünya