Ərdoğandan Ermənistanın himayədarlarına MESAJ: "Mən burdayam!"
Banuçiçək Kalbalıyeva
12:29 20.10.2020
Siyasət
1235
“Türkiyə prezidentinin nazirlərin toplantısını keçirib, Dağlıq Qarabağ problemini müzakirə etməsi Ermənistanın himayədarlarına qarşı sərt mesajdır”
“Rəsmi Ankara demək istəyir ki, kim nə müzakirə edir-etsin, Dağlıq Qarabağ problemi məhz Türkiyənin iştirakı ilə həll ediləcək”
“Bugünkü toplantıda BMT-dəki müzakirələri əhəmiyyətdən sala biləcək önəmli siyasi manevrə şahidlik edə bilərik”
Türkiyənin Nazirlər Kabineti bu gün toplanır. Bu barədə yerli KİV yazıb. Bildirilib ki, prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə keçirilən toplantıda Ermənistanın Azərbaycana hücumları, koronavirus və Şimali Kipr Türk Respublikasında Ersin Tatarın prezident seçilməsi əsas müzakirə mövzusu olacaq. Türkiyə mediasında yayılan məlumatda bildirilir ki, Ermənistanın Azərbaycan torpaqlarına hücumları toplantının əsas müzakirə mövzusu olacaq. Azərbaycana verilən dəstək, Ermənistana qarşı beynəlxalq hüquqdan doğan haqlardan istifadə etmək müzakirə olunacaq.
Bu barədə “Sherg.az”a danışan siyasi şərhçi Elçin Xalidbəyli hazırkı prosesləri Ermənistanı məhvə apardığını düşünür:
“Dağlıq Qarabağ probleminin həlli üçün tarixi şans yaranıb. Belə ki, həm dünyada, həm də Cənubi Qafqaz regionunda situasiya ciddi şəkildə dəyişib. Digər tərəfdən isə Azərbaycan ordusu döyüş poliqonunda hərbi üstünlüyü tam və birmənalı şəkildə ələ keçirib. Ermənistanın hərbi gücü ilə bağlı miflər darmadağın edilib, yerlə yeksan olunub. Belə bir şəraitdə Ermənistanın çox qısa zamanda öz məğlubiyyətini qəbul edərək, təslimçilik sazişi imzalaması da qaçılmazdır. Çünki Ermənistan savaş meydanında duruş gətirə bilmir, ordusu müqavimət gücünü itirib, iqtisadiyyatı çöküb, maliyyə resursları qalmayıb.
Üstəlik, Ermənistanın ənənəvi himayədarları Birinci Qarabağ savaşında onlara dəstək versələr də, indi döyüş poliqonunda baş verənlərə müdaxilə edə bilmirlər. Himayədar ölkələrin Ermənistana siyasi dəstəyi də effektiv deyil. Çünki savaş Azərbaycan ərazilərində gedir və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir.
Ona görə də, Ermənistanın himayədarları, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədrləri - ABŞ, Rusiya və Fransa bu düşmən ölkəni düşdüyü çıxılmaz vəziyyətdən xilas etmək üçün müxtəlif siyasi hoqqabazlıqlara cəhd göstərirlər. Rusiyanın vasitəçiliyi ilə əldə olunan iki "humanitar atəşkəs"i buna misal göstərmək olar. Çünki əsas məqsəd üstün durumda olan Azərbaycana təzyiq göstərib, davamlı atəşkəsə nail olmaq, bölgəyə sülhməramlı qüvvələr adı altında rus qoşunlarının yeridilməsidir.
E. Xalidbəyli keçiriləcək toplantının əhəmiyyətini isə belə dəyərləndirib:
“Rəsmi Bakı təzyiqlərə müqavimət göstərir. Ermənistan qoşunlarının işğal altındakı ərazilərdən qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edir. Və qardaş Türkiyə də Azərbaycanın bu mövqeyini birmənalı şəkildə dəstəkləyir. Eyni zamanda rəsmi Ankara Azərbaycana ehtiyac duyulan istənilən dəstəyi verəcəyini açıq mətnlə bəyan edir.
Belə vəziyyət Ermənistanı dəstəkləyən ABŞ, Rusiya və Fransanı da çıxılmaz vəziyyətə salıb. Bu dövlətlər indi məsələni BMT-nın Təhlükəsizlik Şurasında həll etməyə çalışırlar.
Əsas hədəf davamlı atəşkəs və sülhməramlı qüvvələrin bölgəyə yeridilməsidir. BMT-də atəşkəsə nəzarət mexanizmlərinin müzakirə edilməsi bu məqsədə xidmət edir.
Təbii ki, məhz belə önəmli bir mərhələdə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın nazirlərin toplantısını keçirərək, Dağlıq Qarabağ problemini müzakirə etməsi Ermənistanın himayədarlarına qarşı sərt mesajdır.
Rəsmi Ankara demək istəyir ki, kim nə müzakirə edir-etsin, Dağlıq Qarabağ problemi məhz Türkiyənin iştirakı ilə həll ediləcək.
Rəsmi Ankara son 30 ildə Dağlıq Qarabağ probleminin həllinə əngəl olmuş Minsk qrupu həmsədrlərinin və Ermənistanın digər himayədarlarının siyasi hoqqabazlıqlarına bundan sonra şərait yaradılmayacağının sərt mesajını verir.
Rəsmi Ankara demək istəyir ki, sizin nə müzakirə etməyiniz önəmli deyil, əsas məsələ Türkiyənin qəbul edəcəyi qərardır.
Heç şübhəsiz, bugünkü toplantıdan Azərbaycana birmənalı dəstək qərarı ilə yanaşı, BMT-dəki müzakirələri əhəmiyyətdən sala biləcək önəmli siyasi manevrə şahidlik edə bilərik.
Yəni rəsmi Ankaranın Ermənistanın beynəlxalq himayədarlarına növbəti dəfə sərt şəkildə "Mən burdayam" mesajını verməsi tamamilə gözləniləndir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycana yaz fəsli daxil olub
19:08 20.03.2026
Cəmiyyət
Tramp: ABŞ olmadan NATO “kağız pələng”dir!
18:50 20.03.2026
Dünya
Çak Norris vəfat edib
18:35 20.03.2026
Şou
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya