Ərdoğanla Paşinyan görüşü olduqca vacibdir
Yusif Nəzərli
21:26 05.10.2022
Siyasət
559
Liderlərin təması bir çox bürokratik əngəllərin də tədricən sıradan çıxması ilə nəticələnə bilər
Oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçiriləcək. Görüş zamanı iki ölkə arasında münasibətlərin normallaşması prosesinin müzakirəsi gözlənilir. Bundan başqa, Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşlərinin üçüncü ölkələrdə, növbəli şəkildə Türkiyə və Ermənistanda keçirilməsi məsələsi nəzərdən keçiriləcək. Eyni zamanda tərəflərin regionda gərginliyin azaldılması, Zəngəzur dəhlizi və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını müzakirə edəcəyi gözlənilir.
Gözlənilən görüşlə bağlı proqnozlarını "Şərq"lə bölüşən Türkiyədə yaşayan tanınmış politoloq, Ankara Universitetinin professoru Toğrul İsmayıl deyib ki, Praqada Prezident Rəcəb Tayyib Ərdoğanla Baş nazir Nikol Paşinyan arasında baş tutacaq görüş olduqca mühüm və vacibdir. Professor vurğulayıb ki, çoxları pessimist yanaşsa da, bölgədə sülh və sabitliyin təmin olunması üçün belə təmasların, müzakirələrin olması çox önəmlidir:
"Türkiyə uzun müddətdir Ermənistanla sərhədləri bağlayıb və bütün əlaqələri kəsib. Buna səbəb Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, konkret 1993-cü ildə Kəlbəcərin işğal edilməsi olub. 44 günlük müharibədən, yəni Azərbaycanın öz torpaqlarını erməni işğalçılarından təmizləməsindən sonra Türkiyə-Ermənistan arasında münasibətlərin normallaşmasına mane olacaq amillər də aradan qalxmış sayılır. Amma burada bir məqam var. Türkiyənin Ermənistanla apardığı danışıqlar, əlaqələrin normallaşması istiqamətindəki müzakirələr rəsmi Bakı ilə koordinasiyalı şəkildə aparılır. Xüsusən, Şuşa bəyannaməsindən sonra Türkiyə və Azərbaycan bir çox məsələdə mütəmadi məsləhətləşmələr aparır və ortaq siyasət həyata keçirirlər. O mənada vurğulamaq lazımdır ki, Ankara-İrəvan əlaqələrinin düzəlməsi birbaşa Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından xeyli asılıdır".
T.İsmayıl vurğulayıb ki, Türkiyə və Ermənistan arasında həlli vacib olan məsələlər də var: "Ermənilər qondarma "soyqırım" və Türkiyəyə ərazi iddiasından hələ də vaz keçməyiblər. Ərazi iddiaları Ermənistanın rəsmi sənədlərində, konstitusiyasında da əksini tapıb. Nə qədər qeyri-ciddi məsələ olsa da, bunlar aradan qalxmalıdır. Çünki ermənilər qondarma "soyqırım"dan siyasi məqsədlər üçün istifadə edirlər. O baxımdan Ankaranın bunlarla bağlı İrəvandan tələbləri olacaq. Ərdoğan-Paşinyan görüşünün baş tutması bir çox bürokratik əngəllərin də tədricən sıradan çıxması ilə nəticələnə bilər. Ümid edirik ki, görüşün reallaşması üçün hər hansı problem çıxmaz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
18:48 26.07.2026
Sağlamlıq
KİV: ABŞ İrana hücumları müvəqqəti dayandırıb
18:09 26.07.2026
Dünya
Britaniyanın Baş naziri: Lazım gələrsə, Trampla razılaşmayacağam
16:25 26.07.2026
Dünya
Putin mobil telefonlardan istifadə etmir - Peskov
16:00 26.07.2026
Dünya
Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək
15:08 26.07.2026
Dünya
ABŞ İranın raketlərini qəsdən buraxır - KİV
14:51 26.07.2026
Gündəm
“Beşiktaş”ın Salaha etdiyi təklifin detalları bəlli oldu
14:34 26.07.2026
Futbol
Husilər Yəməndə “Bayraqdar” vurdular
14:17 26.07.2026
Dünya
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
13:22 26.07.2026
Cəmiyyət
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
12:49 26.07.2026
Ekologiya
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
12:35 26.07.2026
Ədəbiyyat
Faktiki hava: 39 dərəcə isti qeydə alındı
11:30 26.07.2026
Ekologiya
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
11:14 26.07.2026
Rəsmi
Əraqçi: İranın region ölkələri ilə düşmənçiliyi yoxdur
10:45 26.07.2026
Region
Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib
10:30 26.07.2026
Dünya