Ərdoğan:“Prezident İlham Əliyev Zəfərin baş memarıdır”
Yusif Nəzərli
10:03 24.12.2021
Siyasət
731
“Bu bünövrədə qardaşlığımızı strateji tərəfdaşlıq səviyyəsinə çatdırdıq. Bir-birinə qəlbən bağlı olan ölkələrimizi boru xətləri, dəmir yolları ilə də əlaqələndirdik. Həyata keçirilən birgə layihələr sayəsində Türkiyə-Azərbaycan əməkdaşlığı, bunların yaratdığı regional rifah və stabillik güclənəcək”.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AzTV-nin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar hazırladığı “Prezident. Təkrarsız diplomatiya” adlı sənədli filmdə bildirib.
“İlham qardaşımın baş komandanlığı və rəhbərliyi altında Azərbaycan 30 ilə yaxın davam edən işğalı 44 gündə sona çatdırdı, haqlı davasında dastanvari zəfər qazandı. “Bir millət – iki dövlət” şüarı ilə Türkiyənin qardaşlıq vəzifəsinə əsaslanaraq etdiyi Vətən müharibəsi müddətində müxtəlif təxribatlara baxmayaraq, İlham qardaşım qətiyyətli və soyuqqanlı liderlik nümayiş etdirərək Zəfərin baş memarı oldu. Bir milyon qaçqın qardaşımızın evə qayıdış yollarını açdı. O, bu qüruru və sevinci Türkiyə və Azərbaycana verib. Bu vəsilə ilə müzəffər Ali Baş Komandan, cənab Əliyevi və qəhrəman Azərbaycan xalqını bir daha təbrik edirəm”, - dövlət başçısı deyib.
Ərdoğan vurğulayıb ki, Heydər Əliyev dövründə başlayan və İlham Əliyevlə davam edən inkişafla Azərbaycan bölgədə cazibə mərkəzinə çevrilib:
“Paytaxt Bakı Xəzərin parlayan ulduzuna çevrildi. Bir il içində Qarabağın incisi və Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa, Füzuli və işğaldan azad edilən digər yaşayış yerlərində layihələr sürətlə həyata keçirildi. Qarabağın azad olunmasından olduğu kimi, bərpa və restavrasiya prosesində Azərbaycana dəstəyimizi davam etdirəcəyik. Türkiyə olaraq indi və həmişə Azərbaycan qardaşlarımızla çiyin-çiyinə irəliləməyə davam edəcəyik”.
“Münasibətlərimizdə daim olan digər element isə qardaş köməyidir. Türkiyənin milli mücadilə dövründə azərbaycanlı qardaşlarımız tərəfindən toplanan yardımların unudulması mümkündürmü? Bu ilin yayında meşə yanğınları ilə mübarizədə bizimlə çiyin-çiyinə mücadilə aparan azərbaycanlıların nümayiş etdirdiyi həmrəyliyi unutmaq mümkündürmü? 15 iyun mənfur dövlət çevrilişi cəhdinin qarşısının alınmasında can Azərbaycanın dəstəyini unutmaq mümkündürmü?”, - Türkiyə Prezidenti qeyd edib.
Oxşar xəbərlər
Paşinyan Rusiya və Avropa İttifaqı arasında həssas tarazlığı qorumağa çalışır - ŞƏRH
20:58 27.07.2026
Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəliyi vahid indekslər siyahısına əlavə edildi
15:12 27.07.2026
Xəbər lenti
Hamısına bax
“Qarabağ”dan ayrılan Addainin yeni klubu rəsmiləşdi
09:19 28.07.2026
Futbol
Hindistan XİN Ukrayna səfirini çağırdı
08:58 28.07.2026
Dünya
Tom Kruzun qızı Suri atasının soyadından imtina edib
08:57 28.07.2026
Dünya
Avqustda 4 bürcə pul gələcək
08:20 28.07.2026
Cəmiyyət
Toy bitdi, iş başladı
07:51 28.07.2026
Şou
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region