Keçmiş arvadını uşaq bağçasında bıçaqladı

Mingəçevirdə kişi keçmiş həyat yoldaşını bıçaqlayıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə səhər saatlarında 4 saylı uşaq bağçasının ərazisində baş verib.

Övladını bağçaya gətirən 1987-ci il təvəllüdlü Aygün Həşim qızı Həşimova boşandığı əri tərəfindən bıçaqlanıb.

Yaralı qadın təcili xəstəxanaya çatdırılıb.