
Erməni cəmiyyətinin düşüncə kodları dəyişməlidir - ŞƏRH
08:41 17.07.2025
Siyasət
472
Paşinyan Ermənistanı normallaşdırmaq istəyir, lakin Kilsə və Moskva divar kimi qarşısındadır
Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında Kilsə barədə danışıb. Paşinyan bəyan edib ki, Ermənistanı Serj Sarkisyandan azad etdiyi kimi, kilsəni də azad edəcək: "Eçmiədzinin (II Qaregin) ana taxtı antixristian, azğın, antimilli və dövlət əleyhinə qrup tərəfindən ələ keçirilib. Bu mübarizəyə şəxsən rəhbərlik edəcəyəm". Paşinyan bildirib ki, o, Erməni Apostol Kilsəsinin azad edilməsinə şəxsən rəhbərlik etmək niyyətindədir:
"Bu dövrdəki bütün mübahisələrdən başqa, ən vacibi də üzə çıxdı: Ktriç Nersisyan (katolikosun dünyəvi adı), Vazgen Qalstyan, Gevorq Acapaxyan və başqaları arasında İsa Məsih və onun təlimləri ilə heç bir əlaqəsinin olmaması". Ermənistanın baş nazirinin ofisinin rəhbəri Araik Arutyunyan feysbuk səhifəsində din xadiminin çıxış videosundan bir parça paylaşıb. Vurğulayıb ki, erməni Apostol Kilsəsi İŞİD-in qoluna çevrilib: "Baş kəsilir, baş isə Ermənistanın seçilmiş baş nazirinindir. Keşiş deyir ki, Paşinyanın başını kəsmək lazımdır. İndi fikirləşin, keşiş Vazgen Qalstanyan onunla müqayisədə "ağbənizdir"".
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Sherg.az-a açıqlamasında deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsində islahatlar aparmaq niyyətindədir. Ekspert vurğulayıb ki, Paşinyan Ermənistanı normallaşdırmağa, onu sivil dövlətə çevirməyə çalışır:

"Uzun illərdir erməni cəmiyyətinə, xüsusilə də Kilsənin vasitəsilə başqa dövlətlərin ərazilərinə iddia etmək kimi zərərli düşüncələr təlqin olunub. "Böyük Ermənistan" xülyası erməni toplumunun beynini zəhərləyib, onları qeyri-real və məntiqsiz iddialara sövq edib. Paşinyan hakimiyyətə gəldikdən sonra bu xəyalların Ermənistanın inkişafına mane olduğunu açıq şəkildə gördü. Bu cür absurd iddialarla Ermənistanın gələcəyi yoxdur. Ermənistanın Türkiyə, Azərbaycan, Gürcüstan, hətta İran ərazilərinə qarşı iddiaları uzun müddət bölgədə gərginliyin əsas səbəbi olub. Halbuki bu ərazilər ermənilərə məxsus deyil və onlar bu torpaqlarda sonradan məskunlaşıblar və sonradan da qonşularına qarşı ərazi iddiaları irəli sürməyə başlayıblar. Xüsusilə SSRİ dağılandan sonra Azərbaycana qarşı aparılan separatçılıq və işğal siyasəti bu xəstə ideologiyanın nəticəsi idi".
S.Əsədli qeyd edib ki, Paşinyan bu siyasi xəttin Ermənistanı məhvə apardığını anlayır və bunun qarşısını almağa çalışır. Lakin o, ciddi müqavimətlə də üz-üzədir: "Ən böyük maneələrdən biri Erməni Kilsəsidir. Kilsə sadəcə dini qurum kimi deyil, həm də Rusiya təsirinin əsas dayağı kimi çıxış edir. Kilsə ibadətdən çox təxribatla, siyasi manipulyasiyalarla məşğuldur. Paşinyanın Kilsəyə qarşı sərt mövqeyi haqlıdır. Çünki bu qurumun başında duranlar açıq şəkildə separatçılığa dəstək verir, bölgədə sülhə mane olur".
Siyasi şərhçinin fikrincə, bölgədə sülh və sabitlik üçün Paşinyanın təşəbbüsləri dəstəklənməlidir:
“Paşinyan Azərbaycanla sülh sazişi bağlamağa çalışır, qonşularla normal münasibətlər qurmaq istəyir. Ermənistanın gələcəyi ancaq bu yolla təmin oluna bilər. Erməni cəmiyyəti bu xəstə təfəkkürdən xilas olmalı, başqa dövlətlərin ərazilərinə iddia kimi yersiz xülyalardan imtina etməlidir. Bu transformasiyanı isə yalnız siyasi iradə və cəsarətlə etmək olar və bu baxımdan Paşinyan bu prosesi həyata keçirmək iqtidarında olan azsaylı liderlərdəndir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm