Ermənistan böyük məbləğdə borcu ödəmək gücündə deyil
Yusif Nəzərli
02:05 11.10.2022
Siyasət
467
Cümşüd Nuriyev: "Azərbaycan Zəngəzuru təzminat kimi geri ala bilər"
Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda çıxış edən STM rəhbəri, millət vəkili Zahid Oruc deyib ki, ermənilərin son 30 ildəki "qəhrəmanlarının" əksəriyyəti xalqımıza qarşı cinayət törədənlərdir. Onun sözlərinə görə, Haaqa Tribunalı bu erməni cinayətkarları mühakimə etməliydi. Qurum sədri qeyd edib ki, Birinci və İkinci Qarabağ müharibələrində Ermənistanın hərbi cinayətlərinin araşdırılması üçün komissiya yaradılmalıdır: “Təkcə ABŞ-ın Ukraynaya hərbi yardımının miqdarı 26 milyard dollar təşkil edir. Ukraynanın bərpası üçün 500 milyard dollar vəd olunur. Bunu təqdir edirik. Ancaq azad edilmiş ərazilərə qayıdışla bağlı belə dəstəyi görmürük. Ermənistanın təzminat ödəməyə imkanı yoxdursa, torpaq və digər formalarda bu təzminat ödənilə bilər”.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Şərq"ə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin bu təşəbbüsünü çox yüksək dəyərləndirib. Professor bildirib ki, deputat Zahid Oruc çox ciddi bir məsələ qaldırıb: "Zahid müəllimin ifadələrinin arxasında mühüm məqamlar dayanır. Terrorçuluq, vəhşilik erməni toplumunun xislətində var. Sətiraltı bəyan olunur ki, Ermənistanın "qəhrəman" saydığı şəxslərin hamısının əsas fəaliyyəti məhz terror və kütləvi qətllər olub. Deməli, ermənilər üçün "qəhrəmanlıq" türklərə soyqırım tətbiq etmək, günahsız, sivil insanları öldürməkdir. Bu, əsaslandırılmış, həm də ağılla irəli sürülmüş siyasi ideyadır. Bunu inkişaf etdirmək lazımdır. Azərbaycan dövləti tərəfindən əksər beynəlxalq qurumlara, məhkəmələrə kifayət qədər müraciətlər olub. Bu mənada görülən işlər təqdirəlayiqdir. Ukraynanın bərpası üçün ayrılan 500 milyard dollar isə ABŞ-ın layihəsidir. Amerika gözünü Rusiyanın sərvətlərlə zəngin olan torpaqlarına dikib. Vaşinqton bir neçə dəfə artıq xeyir götürməsə, heç bir halda heç bir yerə sərmayə qoymur. Ukrayna da yem kimi istifadə olunur. Zelenskini sevdikləri üçün ona yardım etmirlər".
C.Nuriyev növbəti kütləvi məzarlıqların da üzə çıxacağından əmin olduğunu deyib: "Dörd minə yaxın itkin vətəndaşımızın hamısı Ermənistana aparılmayıb. Əksəriyyəti işğal olunmuş torpaqlarımızda qul, nökər kimi işlədilib, işgəncələrlə öldürülüblər. O baxımdan erməni vəhşiliklərinin tamamilə ifşa olunması üçün ciddi işlər görülməlidir. Məsələ Milli Məclisə daşınmalı, yeni qanun layihəsi hazırlanmalıdır. Təkcə Xocalı soyqırımı ilə bağlı deyil, bütövlükdə Ermənistanın Azərbaycana qarşı qeyri-qanuni hərəkətləri, işğal və dəymiş ziyan barədə qanun layihəsi hazırlanmalıdır. Qanunla müvafiq qurumların üzərinə öhdəlik, məsuliyyət qoyulmalıdır. 30 il ərzində Azərbaycana vurulmuş ziyan tam hesablanmalı, təzminatın məbləği müəyyənləşməlidir. Bunlar dəqiq hesablandıqdan sonra Ermənistandan kompensasiya tələb edilməlidir. Təbii ki, Zahid müəllimin də təklifi ağlabatan və çox yerindədir. Almaniya borc müqabilində Yunanıstanın iki adasını alıb, yəni belə presedent var. Onsuz da Ermənistan böyük məbləğdə borcu ödəmək gücündə deyil. Əvəzində Azərbaycan Zəngəzuru təzminat kimi geri ala bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
18:48 26.07.2026
Sağlamlıq
KİV: ABŞ İrana hücumları müvəqqəti dayandırıb
18:09 26.07.2026
Dünya
Britaniyanın Baş naziri: Lazım gələrsə, Trampla razılaşmayacağam
16:25 26.07.2026
Dünya
Putin mobil telefonlardan istifadə etmir - Peskov
16:00 26.07.2026
Dünya
Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək
15:08 26.07.2026
Dünya
ABŞ İranın raketlərini qəsdən buraxır - KİV
14:51 26.07.2026
Gündəm
“Beşiktaş”ın Salaha etdiyi təklifin detalları bəlli oldu
14:34 26.07.2026
Futbol
Husilər Yəməndə “Bayraqdar” vurdular
14:17 26.07.2026
Dünya
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
13:22 26.07.2026
Cəmiyyət
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
12:49 26.07.2026
Ekologiya
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
12:35 26.07.2026
Ədəbiyyat
Faktiki hava: 39 dərəcə isti qeydə alındı
11:30 26.07.2026
Ekologiya
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
11:14 26.07.2026
Rəsmi
Əraqçi: İranın region ölkələri ilə düşmənçiliyi yoxdur
10:45 26.07.2026
Region
Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib
10:30 26.07.2026
Dünya