Ermənistan sülh müqaviləsinə hazır deyil
Yusif Nəzərli
10:25 28.12.2021
Siyasət
363
Bu qəbildən olan informasiyaların dövriyyəyə buraxılması yalnız rəsmi İrəvanın təbliğatına xidmət edir
Elçin Mirzəbəyli: “Paşinyanın fikirlərinin alayarımçıq təqdim olunmasının izahını tapa bilmirəm”
“Bəzi yerli media resurslarında Ermənistanın Baş naziri Nikol Paşinyanın sülh müqaviləsi ilə bağlı səsləndirdiyi fikirlərinin alayarımçıq təqdim olunmasının izahını tapa bilmirəm”. Bunu siyasi analitik Elçin Mirzəbəyli deyib. Analitik bildirib ki, Paşinyan deyib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. Amma daha sonra dedikləri bunun əksini sübuta yetirir. Paşinyan "əlbəttə, biz bu mövzuda danışıqların başlamasına və sülh müqaviləsinin imzalanmasına hazırıq.
Bir müddət öncə ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqların gündəliyini təklif etmişdilər. Müddəalardan biri hərtərəfli sülh müqaviləsi məsələsi ilə bağlı idi. Bəli, biz bunda maraqlıyıq. Belə bir təsəvvür yaradılır ki, guya, biz sülh müqaviləsinin və “Qarabağ münaqişəsi”nin hərtərəfli həllinin əleyhinəyik. Əlbəttə ki, bu belə deyil. Biz bunda maraqlıyıq”. Bu sözlərdən dərhal sonra Nikol ölkəsinin sərhədlərin delimitasiya və demarkasiyasında, həmçinin kommunikasiyaların açılmasında da maraqlı olduğunu iddia edir. Göründüyü kimi, Paşinyan öz çıxışında sülh müqaviləsinin imzalanmasını mümkünsüz edən iki məqamı manipulyativ şəkildə, gəlişigözəl sözlərin içərisində “əritməklə” ictimai rəyə sırımağa cəhd göstərir.
Bunlardan biri ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklif etdiyi gündəliklə, digəri isə Azərbaycan Ordusunun qələbəsi ilə bütün gündəliklərdən silinmiş “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi ilə bağlıdır. Paşinyan iddia edir ki, ATƏT-in Minsk qrupu danışıqların aparılması üçün gündəlik təqdim edib və bu gündəlikdəki müddəalardan biri sülh müqaviləsi ilə bağlıdır. O zaman tamamilə təbii bir sual çıxır ortalığa: Bəs gündəlikdəki digər müddəalar nə ilə bağlıdır? Və daha sonra Paşinyan “Ermənistanın sülh müqaviləsinin və “Qarabağ münaqişəsi”nin hərtərəfli həllinin əleyhinə olmadığını” vurğulamaqla, dolayısıyla gündəlikdə Ordumuzun “dəfn etdiyi ölünün” yenidən xortladılması ehtimalının olduğunu ictimai rəyə sırımağa çalışır".
E.Mirzəbəyli vurğulayıb ki, əvvəla, Nikol Paşinyanın ATƏT-in Minsk qrupunun “gündəliyində yer alan məsələlər”lə bağlı mülahizələrinin heç birinin Azərbaycan tərəfindən qəbul edilmədiyi hər kəsə bəllidir:
“Çünki Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesi Minsk qrupu həmsədrlərinin fəaliyyətdə olduğu zaman kəsiyində də bu fərsiz təsisatın mandatına daxil olmayıb. Hazırda isə konkret delimitasiya və demarkasiya ilə bağlı məsələlərin yalnız iki dövlətin yaratdığı, Rusiya və Avropa İttifaqının məşvərətçi kimi iştirak etdiyi işçi qrupu çərçivəsində müzakirə ediləcəyi barədə yekun qərarın olduğu hər kəsə bəllidir. Yəni bu məsələdə “ATƏT-in Minsk qrupu” format olaraq heç “ehtiyat oyunçular” skamyasında da deyil. Kommunikasiyaların açılmasına gəldikdə isə bu məsələnin də Minsk qrupu ilə heç bir əlaqəsi yoxdur. Bu məsələ 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il bəyanatlarının prinsiplərinə uyğun bir şəkildə gerçəkləşdirilir.
“Dağlıq Qarabağ” və “münaqişə” ifadələrini isə cəhənnəmə göndərmişik və son olaraq, həm NATO-nun Şimali Atlantika Şurasının son toplantısının yekun sənədində, həm də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycanın dövlət başçısı ilə Ermənistanın baş naziri arasında keçirilən görüşdən sonra yaydığı bəyanatda bu ifadələrin yer almaması, beynəlxalq birliyin rəsmi Bakının mövqeyini qəbul etdiyini göstərir. Belə olduğu təqdirdə, Nikol Paşinyanın sülh müqaviləsinin imzalanmasına mane ola biləcək məsələləri yenidən gündəmə gətirməsi, rəsmi İrəvanın köhnə oyunlarından əl çəkmədiyini nümayiş etdirir.
Bu baxımdan, “Ermənistan sülh müqaviləsi imzalamağa hazırdır” kimi təqdimatların verilməsi kökündən yanlışdır və bu qəbildən olan informasiyaların dövriyyəyə buraxılması yalnız rəsmi İrəvanın təbliğatına xidmət edir”.
Oxşar xəbərlər
Paşinyan Rusiya və Avropa İttifaqı arasında həssas tarazlığı qorumağa çalışır - ŞƏRH
20:58 27.07.2026
Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəliyi vahid indekslər siyahısına əlavə edildi
15:12 27.07.2026
Xəbər lenti
Hamısına bax
Avqustda 4 bürcə pul gələcək
08:20 28.07.2026
Cəmiyyət
Toy bitdi, iş başladı
07:51 28.07.2026
Şou
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya