ABŞ hakimiyyəti BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedən iki İran diplomatını ölkədən çıxarıb.
"Report"un məlumatına görə, bu barədə ABŞ rəsmisi "Axios"a bildirib.
Onun sözlərinə görə, diplomatlar ABŞ Dövlət Departamentinin İran nümayəndə heyətinin ölkəni tərk etməsi tələbindən sonra Nyu-Yorkda qalıblar.
"İran nümayəndə heyətinin daha iki üzvü BMT Baş Assambleyasının sessiyasının bitməsindən xeyli sonra Nyu-Yorkda aşkarlanıb. Onlar artıq ölkədən çıxarılıblar", - mənbə portala bildirib.
Diplomatlar ABŞ-ni şənbə günü tərk ediblər.