Ermənistanda böhran içində, Paşinyan isə mif axtarır
Fidan Həmişəyeva
13:37 18.09.2019
Siyasət
817
Ermənistan baş naziri Nikol Paşinyanın elan etdiyi “Ermənistan 2050 - Strateji İnkişaf Sənədi” ölkədə ciddi müzakirə mövzusu olaraq qalmaqdadır. Sənəddə verilən vədlərin reallıqdan uzaq olduğu qeyd edilir.
“Ermənistan 2050 - Strateji İnkişaf” sənədində, Ermənistanın maliyyə vəziyyəti ilə bağlı qeyri-real hədəflər müəyyən olunub. Sənədin ən mühüm bəndlərdən biri işsizliyin ortadan qaldırılması ilə bağlıdır.
Amma son zamanlar Ermənistanın ağır iqtisadi şəraiti və maliyyə çatışmazlığı, bugünədək işsizliyin həcminin yüksək qalmasına səbəb olub. Müstəqilliyin ilk illərinədək işsizlik səviyyəsi sonrakı dövr ərzində artaraq 2018-ci ildə 17,71 % olub. 2016-cı ildə ölkə parlamentindəqeyri-rəsmi işsizlik səviyyəsinin 35 % olduğu və 1 milyondan artıq vətəndaşın yoxsulluq səviyyəsindən aşağı şəraitdə yaşadığı bildirilib. Açıq-aydın görünür ki, Paşinyanın həm hərbi-siyasi, həm də iqtisadi proqramları reallığa deyil, populizmə hesbalanıb.
Ermənistandakı durumu “Sherg.az”a şərh edən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu söyləyib ki, Paşinyan hakimiyyətə gələnə qədər əsas problem Dağlıq Qarabağ problemi idi:
“Amma indi Ermənistanın qabağında Qarabağ kimi əlavə iki problem yaranıb. Məsələlərə lazımi diqqət göstərilsəydi, həmin məsələlər problemə çevrilməzdi. Ermənistan ümumi konseptual planda geri addımlayır. Paşinyanın bu geriləməni dayandırmağa gücü yoxdur”.
Politoloq diqqətə çatdırıb ki, “Ermənistan 2050 - Strateji İnkişaf Sənədi” sadəcə utopiyadır, xalqı adlatmaqdan başqa bir şey deyil:
“Paşinyanın başqa çarəsi yoxdur. O öz xalqını yaxşı tanıyır və bilir ki, ermənilər reallığa yox, mifə inanırlar. Ona görə də Paşinyan çalışır ki, yeni miflər düzəltsin və ortaya elə rəqəmlər qoysun ki, erməni xalqı aldansın.
Amma nəzərə almır ki, bu vəziyyətlə bütün Ermənistan cəmiyyətinə nəzarət edə bilmir. Paşinyan “məxməri inqilab” dövründə “işsizlik olmayacaq” vədlərini verməsəydi, bəlkə də, indi rahat olardı. Amma o zamanlar bunu edə bilməzdi, çünki onun ağlı, savadı, dövlət idarəçiliyi və bacarığı yox idi.
Ümumi durum belədir ki, Ermənistan həm sosial- iqtisadi, həm humanitar, həm mədəni-etik, həm də dövlətçilik böhranına doğru sürətlə irəliləyir. Paşinyanın isə bu böhranı dayandırmaq gücü yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fidan və İshaq Dar Trampın son bəyanatını müzakirə ediblər
18:43 23.03.2026
Gündəm
Tramp İrandan zənginləşdirilmiş uranı istəyəcəklərini bildirib
18:35 23.03.2026
Dünya
Tramp: Müctəba Xameneinin ölməyini istəmirəm
18:19 23.03.2026
Gündəm
ABŞ Prezidenti: Bu gün İran tərəfi ilə telefonla danışacağıq
18:05 23.03.2026
Dünya
Qalyan: Artıq müharibədən söhbət getmir
17:31 23.03.2026
Cənubi Qafqaz
Qohumların bezdirici cümlələri - Çoxu qarşılaşır
17:24 23.03.2026
Cəmiyyət
Bitməyən yorğunluğun səbəbi: Zehni “açıq səhifələr”
17:13 23.03.2026
Sağlamlıq
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya
Rəsmi Bakı Rusiya XİN-ə cavab verib, Moskvadan izahat gözləyir
15:58 23.03.2026
Siyasət
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
15:51 23.03.2026
Hərbi
Putin azərbaycanlı alimi təltif edib
15:44 23.03.2026
Dünya
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya