Ermənistanda ikitirəlik: Kütlə Rusiyanın “dirijor cubuğu” ilə hərəkət edir
Fidan Həmişəyeva
13:17 16.12.2020
Siyasət
650
“Ermənilər başa düşürlər ki, Putin nə desə, odur”
“Onun hakimiyyətdə qalmasının yeganə səbəbi Rusiya prezidentidir”
“Bəyanatın bütün bəndləri icra olunduqdan sonra Rusiya və Azəbaycan İrəvandakı dəyişikliklərə məhəl qoymayacaq”
İrəvanda Paşinyan əleyhinə yürüş başlayıb. Bu barədə “Life Shot” “Telegram” kanalı kadrlar yayınlayıb. Aksiyanın iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb ediblər.
Eyni zamanda itkin düşmüş əsgərlərin valideynləri qondarma separatçı rejimin “müdafiə naziri” Mikael Arzumanyanı döyüblər. Sosial şəbəkələrin erməni seqmentində bu barədə xəbər yayılıb. Məlumatda bildirilir ki, dünən axşam saatlarında övladlarının axtarışı ilə bağlı suallara cavab ala bilməyən valideynlər onu döyüblər.
Onlar Ermənistan hökumətini və separatçı rejimi laqeydlikdə günahlandırıblar. Ölkə daxilində gərginliyin pik həddə çatdığını görən baş nazir Nikol Paşinyan vəziyyətdən çıxmaq üçün növbədənkənar parlament seçkilərini gündəmə gətirib. “Joxovurd” qəzetinin yazdığına görə, N.Paşinyanın hakim “Mənim addımım” fraksiyasının millət vəkilləri ilə dünənki görüşü növbədənkənar seçkilər mövzusuna həsr olunub.
Paşinyanın komandası hesab edir ki, təkcə seçki sistemində islahatlar apararaq insanların əhval-ruhiyyəsini dəyişdirmək mümkün deyil və yaxın gələcəkdə növbədənkənar seçkilərin keçiriləcəyini elan etmək lazımdır.
İrəvanda baş verənləri “Sherg.az”a şərh edən politoloq Əhməd Əlili bildirib ki, hazırda Paşinyanı hakimiyyətdə saxlayan yeganə səbəb Putinin onunla bağlı səsləndirdiyi pozitiv məqamlardır:
“Məlumdur ki, üçtərəfli bəyanat imzalandıqdan dərhal sonra Putindən müsahibə götürüldü və o, Paşinyanın hansısa satqınlıq etmədiyini söylədi. Hazırda ermənilər başa düşürlər ki, Putin nə desə, odur...”.
Ə.Əlilinin sözlərinə görə, ermənilər 2018-ci ildə inqilab edib Paşinyanı hakimiyyətə gətirmişdirlərsə, indi anlayırlar ki, Rusiyanın sözünü nöqtə və vergülə kimi icra etmək lazımdır:
“Ona görə erməni xalqı hansısa formada Putinin və Rusiyadakı müəyyən qüvvələrin əleyhinə qərar qəbul etmək niyyətində deyil. Putin Paşinyan haqqında bir neçə xoşagəlməz söz səsləndirdiyi üçün hazırda Ermənistanda ikibaşlı durum hökm sürür. Ermənilər Paşinyandan xilas olmağın yollarını axtarır. Onun hakimiyyətdə qalmasının yeganə səbəbi Rusiya prezidentidir”.
Politoloq vurğulayıb ki, indiki şəraitdə Paşinyanın hakimiyyətdə qalması Azərbaycanın maraqlarına cavab verir:
“Azərbaycan arzulayır ki, üçtərəfli bəyanatın bütün bəndlərinin icra olunması Paşinyan hakimiyyətdə olduğu müddətdə baş tutsun. Bu baxımdan hazırda ona qarşı müəyyən dözümlülük nümayiş olunur. Amma bir müddət sonra bu parametr də sıradan çıxacaq.
Bəyanatın bütün bəndləri icra olunduqdan sonra Putin və Azəbaycan Ermənistandakı dəyişikliklərə məhəl qoymayacaq. O zaman Paşinyana qarşı real dəyişiklikləri görəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qəzzada HƏMAS liderlərindən birinin oğlu öldürüldü
02:42 07.05.2026
Dünya
BMT: İsrailin blokadası səbəbindən Qəzzada aclıq davam edir
01:36 07.05.2026
Dünya
PSJ Çempionlar Liqasının finalına yüksəlib
01:11 07.05.2026
Futbol
Obama: ABŞ yadplanetlilərin varlığını gizlədə bilməz
00:47 07.05.2026
Maraqlı
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm