
“Ermənistanda prezident vəzifəsi elə bir təsirsiz hala gətirilib ki...”
Yusif Nəzərli
14:03 01.02.2022
Siyasət
494
“Prezident hazırda natorial qaydada hökumətdən gələn qərarları təsdiqləməkdən başqa bir ciddi funksiya daşımır”
Yanvarın 23-də Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib. Bu ölkədə yeni prezident seçkilərinin baş tutacağı gözlənilir. Maraqlıdır, hazırda rəsmi İrəvanda bu posta ən real namizəd kimdir?

Mövzunu Politoloq Natiq Miri “Sherg.az”a dəyərləndirilb. O bildirib ki, Ermənistanda prezident seçiləcək şəxsin kimliyi önəmli deyil:
“Çünki Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi blok tərəfindən dəstəklənən istənilən namizəd seçilə bilər. Bilirsiz ki, həmin blokdan 79 nəfər parlamentdə iştirak edir. Prezidentin seçilməsi üçün də 80 səsə ehtiyac var. Buna görə də namizəd kim olur olsun, əhəmiyyət kəsb etməyəcək. Həmçinin prosesdə Paşinyanın rəhbərlik etdiyi blokların səs verməsi ilə bərabər müxalifətdə olan bir nəfərin də rəyinə ehtiyac var. Düşünürəm ki, onlar bu rəyi almaqda da çətinlik çəkməyəcəklər”.
Politoloqun fikrincə,bundan sonrakı mərhələ N.Paşinyan üçün daha rahat olacaq:
“Bilirsiz ki, konstitusiya məhkməsində hələ də Nikolun bilavasitə nəzarət edə biləcəyi hüquqi bir durum yoxdur. Çünki hazırda bu məhkəmə prezident Sarkisyanın dönəmində olan əksər hakimlərdən ibarətdir. İnsan hüquqları ilə məşğul olan Ombudsman aparatı bilavasitə müxalif qüvvələrin təmsilçisi olduğu üçün bu yöndə Paşinyanın mövqeləri tədricən güclənəcək. Bu da öz növbəsində konstitusiya məhkəməsinin dəyişməsi ilə bağlı yolu nisbətən təmizləyəcək”.
N.Mirinin qənaətincə, rəsmi İrəvanda kimin prezident seçilməsindən asılı olmayaraq proses Paşinyanın siyasi mövqelərini möhkəmlədəcək:
“Bu siyasi güc mərkəzinin dayaqlarının cəmiyyətin daha da dərin qatlarına enməsinə şərait yaradacaq. Digər tərəfdən Ermmənistanda parlamentin skiperi bu səlahiyyətləri icra etdiyi üçün siyasi bir hakimiyyət boşluğu hiss olunmayacaq. Orda prezident vəzifəsi elə bir təsirsiz hala gətirilib ki, o hazırda natorial qaydada hökumətdən gələn qərarları təsdiqləməkdən başqa bir ciddi funksiya daşımır” .
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya
Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
16:26 01.10.2026
Ekologiya
Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb
16:13 01.10.2026
Media
Tramp ya razılaşma, ya da müharibə variantını ortaya qoyub - ŞƏRH
16:07 01.10.2026
Gündəm
Azərbaycan üç yeni avtomat istehsal edib - FOTO
16:05 01.10.2026
Hərbi
Paşinyan II Qaregini istefaya göndərməyə çalışacaq - RƏY
15:54 01.10.2026
Region
ABŞ Prezidenti Çin liderinin səhhətindən danışdı
15:49 01.10.2026
Dünya
Tramp İranın yenidən bombardman edilməsinə icazə verdi
15:34 01.10.2026
Gündəm
Zaqatalada hissedilən zəlzələ olub
15:01 01.10.2026
Hadisə
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
14:51 01.10.2026
Ekologiya