Ermənistanın dünyaya çıxışı da Türkiyə üzərindəndir
Yusif Nəzərli
13:29 30.10.2023
Siyasət
619
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması reallığa çevrilə bilər.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 30-da parlamentin iclasında deyib.
O bildirib ki, Azərbaycanla razılaşdırılmış 3 əsas sülh və nizamlanma prinsipi var:
“Əgər bu prinsiplərə əməl olunsa, sülh müqaviləsinin imzalanması reallığa çevriləcək”.
Ermənistan hakimiyyətinin Azərbaycanla sülh bağlamaq üçün ciddi siyasi iradə ortaya qoymağa çalışdığını deyən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a vurğulayıb ki, rəsmi İrəvan Kremldən uzaqlaşmağı öz qarşısına məqsəd qoyub:
"Onlar düşünürlər ki, Ermənistan Rusiya ilə münasibətləri soyutmalı və Qərbə inteqrasiya etməlidir. Bunun yolu isə Azərbaycan və Türkiyə ilə sülh danışıqlarından keçir. Yəni Ermənistan Azərbaycan və Türkiyə ilə sülhü təsis etmədən Rusiya ilə münasibətləri birdəfəlik qırıb Qərbə yaxınlaşa bilməyəcək. Ona görə də Paşinyanın çıxışlarında belə açıqlamalar tez-tez müşahidə olunur. Məsələn, bu gün bildirib ki, Türkiyə ilə sərhədlər açılmalıdır. Həmçinin Avropa İttifaqındakı çıxışında Azərbaycanla Türkiyəni nəqliyyat, kommunikasiya xətlərini açmamaqda ittiham etmişdi. Bu kontekstdə deyə bilərik ki, Paşinyan Azərbaycan və Türkiyə ilə düşmən münasibətlər saxlayaraq Ermənistanın iqtisadi inkişaf etməyəcəyini yaxşı başa düşür".
Analitik qeyd edib ki, Ermənistanın Qərblə münasibətlərinin yaranması üçün Türkiyəyə xüsusi ehtiyac var:
"Çünki Türkiyə NATO üzvüdür və gələcəkdə Ermənistanın müdafiəsi mənasında Qərbə lazımdır. Həmçinin Ermənistanın dünyaya çıxışı da Türkiyə üzərindəndir. Bu səbəblər fonunda da Ermənistan hökumətinin sülh müqaviləsini mümkün qədər tezləşdirməyə çalışacağını düşünürəm. Əsas məsələ Ermənistan və Azərbaycan ortaq məxrəcə gələrək uzlaşa bilməsidir. Düşünürəm ki, 3 prinsip məsələsində Paşinyan məhz buna toxunub".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alyaska sahillərində güclü zəlzələ baş verib
15:25 25.04.2026
Hadisə
“Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satıldı
15:11 25.04.2026
Futbol
Müğənni Elçin Cəfərov artıq dəvətlərə qatılmayacaq
14:58 25.04.2026
Şou
Xankəndidə üç marşrut xətti istifadəyə verilib
14:27 25.04.2026
Qarabağ
"Meyxanaçılar buna görə pis vərdişlərə qurşanır" - Vüqar Əbdülov
13:51 25.04.2026
Şou
Meloni İspaniyanın NATO-dan çıxması ehtimalına münasibət bildirdi
13:41 25.04.2026
Dünya
Sabah Azərbaycanda 24 dərəcəyədək isti olacaq
13:32 25.04.2026
Ekologiya
Joze Mourinyo "Real Madrid"in baş məşqçisi olacaq?
13:14 25.04.2026
Futbol
Gürcüstanda emiqrantların və immiqrantların sayı azalıb
12:55 25.04.2026
Dünya
"Tanışlıqdan 10 gün sonra evlilik təklifi etdi" - Nərgiz
12:39 25.04.2026
Şou
Bığları ilə gündəm oldu - “Yaraşdığı üçün uzatdım”
12:23 25.04.2026
Cəmiyyət
Azərbaycanda bəzi yerlərə yağış yağır - FAKTİKİ HAVA
12:17 25.04.2026
Ekologiya
ABŞ-İran görüşü baş tutacaqmı? - Ən böyük maneə açıqlandı
11:30 25.04.2026
Gündəm
Sosial mənzillər: Kimlər yenidən müraciət edə bilər?
11:17 25.04.2026
Sosial