Fransa gərginlik mərkəzinə çevrilir: Son zamanlar 80 minə yaxın yəhudi ölkəni tərk edib
16:41 28.06.2023
Siyasət
819
Fransanın Nanter şəhərində polis tərəfindən 17 yaşlı yeniyetmə qətlə yetirilib. Hadisə irqi zəmində baş verdiyi söylənir. Belə ki, qətlə yetirilən yeniyetmə əlcəzair əsilli olub.
Fransan polisinin ona tabe olmaqdan imtina edən yeniyetməni soyuqqanlıqla qətlə yetirməsi isə fransız cəmiyyətində şok yaradıb.
Qətli törətmiş polis həbs olunsa da, bu hadisə kütləvi iğtişaşlara səbəb olub. Nanterdə barrikadalar qurulub, avtomobillərə od vurulub. Hadisələr Parisin digər vilayətlərinə də keçib, bir neçə şəhərdə iğtişaşıar törədilib.
Baş vermiş hadisə Makron hakimiyyətinin xalqın tam etimadı itirməsi və diktator kimi davrandığını göstərir. Hər kəsin işinə qarışan və özünü insan hüquqlarının müdafiəçisi kimi təqdim edən Fransa öz daxilində insanlara irqlərinə görə zülm edir, hətta qətlinə göz yumur. Təəssüf ki, lazımsız və boş hadisələrə reaksiya verən Qərb-Avropa institutları susurlar.
Hadisələri Sherg.az-a şərh edən millət vəkili Asim Mollazadə Fransadakı son hadisələrdən danışarkən deyib ki, Fransada çox ciddi antisemitizm, anti-islamizm və rasizm özünü büruzə verir.
O bildirib ki, hətta bu məsələlər Fransanın Avropa Şurasındakı monitorinq prosesində də müzakirə mövzusu olub:
"Biz bu məsələni dəfələrlə qaldırmışıq. Təkcə son zamanlarda 80 minə yaxın yəhudi ölkəni tərk edib. Səbəb isə qorxudur. Əgər rəsmi Paris bu istiqamətdə davam edərsə, ölkədə çox ciddi gərginliklər olacaq. Bununla yanaşı Fransada bariz sosial problemlər var və dayanmadan böyük, izdihamlı mitinqlər həyata keçirilir".
Parlamentari əlavə edib ki, daxildəki gərginliyə görə Fransa hökuməti diqqəti xarici məsələlərə yönəldir:
"Yəni özünü imperiya kimi nümayiş etdirir. Xarici siyasətdə olan səhvlər də daxili siyasətə öz təsirini göstərir. Hesab edirəm ki, bu proseslər həm Avropa Şurasında, həm də parlamentində ciddi şəkildə müzakirə edilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region
Şamaxıda yol qəzasında 4 nəfər xəsarət alıb
19:20 27.04.2026
Hadisə