Fransa vəziyyəti gərginləşdirir
Yusif Nəzərli
13:25 17.06.2023
Siyasət
672
Parisin mövqeyini heç də Fransadakı bütün siyasətçilər dəstəkləmir
“Azərbaycanın regional və qlobal proseslərdə artan rolunu başa düşən həmkarlarımızla daha sıx işləməyi düşünürük”
"Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna Avropa Parlamentində müzakirələr zamanı Azərbaycanla bağlı növbəti dəfə əsassız mülahizələrlə çıxış edib. Azərbaycanın öz suveren ərazilərində nəzarət-buraxılış məntəqəsi yaratması ilə bağlı əsassız fikirlər səsləndirib". Bunu Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Soltan Məmmədov deyib. Deputatın sözlərinə görə, bu, bir daha göstərir ki, Fransa Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində obyektiv və tərəfsiz mövqe tutmur. Əksinə, vəziyyəti gərginləşdirmək siyasətini davam etdirir: "Fransa ilə parlamentlərarası əlaqələr üzrə İşçi qrupu üzvlərinin ötən həftə Fransa Respublikasına səfəri olmuşdu. İlk növbədə səfərin təşkilinə və İşçi qrupun fəaliyyətinə göstərilən dəstəyə görə Milli Məclis rəhbərliyinə, Sahibə xanım, Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Həmkarlarım Ramin Məmmədov və Tural Gəncəliyevlə birlikdə Fransa Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun rəhbəri Pyer Vatan və qrupun üzvləri ilə görüşdük. Görüşdə iki ölkə arasında münasibətlərə dair bir çox məsələlər ətrafına müzakirəmiz oldu. Fransalı həmkarlarımız da son illərdə ölkələrimizin qarşılıqlı münasibətlərində yaranan anlaşılmazlıqlardan narahatdır. Fransanın Cənubi Qafqazla bağlı siyasəti, xüsusilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində tutduğu mövqeyi heç də Fransadakı bütün siyasətçilər dəstəkləmir. Biz Azərbaycanın münasibətlərdə yaranmış böhranın səbəbkarı olmadığını və Milli Assambleyadakı Dostluq Qrupundan daha aktiv fəaliyyət gözlədiyimizi də bildirdik. Xüsusilə son dövrlərdə Fransanı Ermənistanı silahlandırmaq təşəbbüsləri ilə bağlı yayılan məlumatlar ətrafında fikir mübadiləmiz oldu. Fransa Senatının Beynəlxalq əlaqələr, müdafiə və silahlı qüvvələr komitəsinin sədri Kristian Kambon ilə görüşdə Azərbaycanı narahat edən məsələlər barədə məlumat vermək imkanımız oldu. 44 günlük müharibədən sonra bölgədə yaranmış yeni reallıqlar, Azərbaycanın sülh təşəbbüslərinə Ermənistanın qeyri-konstruktiv yanaşması ilə bağlı fikirlərimizi bildirdik".
S.Məmmədov vurğulayıb ki, Fransa parlamentinin üzvləri parlamentlərarası əlaqələrin möhkəmləndirilməsinin vacib olduğunu bildirdilər: "Bu istiqamətdə bir sıra maraqlı təkliflər, ideyalar səsləndi. İnanıram ki, Milli Məclis rəhbərliyinin də dəstəyi ilə biz bu təklifləri həyata keçirə biləcəyik. Bütün görüşlər zamanı bir daha vurğuladıq ki, əlaqələrdə mövcud böhranın aradan qaldırılması üçün ilk növbədə Fransa tərəfinin öz siyasətinə yenidən baxmasına ehtiyac var. Fransa parlamentinin hər iki palatasında Azərbaycanın haqlı, ədalətli mövqeyini anlayışla qarşılayan həmkarlarımız hökumətlərinin yürütdüyü siyasətin yanlış olduğunu cəmiyyətə çatdırmaq üçün daha fəal iş aparmalıdır. Biz də bu məsələdə səlahiyyətlərimiz çərçivəsində zəruri dəstəyi verməyə hazır olduğumuzu bildirdik. Səfərin nəticəsi ilə bağlı qeyd etmək istəyirəm ki, Fransa parlamentində Cənubi Qafqazdakı reallıqları düzgün qiymətləndirməyi bacaran, Azərbaycanın regional və qlobal proseslərdə artan rolunu başa düşən həmkarlarımızla daha sıx işləməyi düşünürük”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
09:56 23.07.2026
İqtisadiyyat
ABŞ hücumları daha da şiddətlənəcək - Politoloq
09:49 23.07.2026
Gündəm
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region
İranla bağlı gərginlik artır: Böyük Britaniyadan təcili qərar
07:51 23.07.2026
Dünya
Bülent Ersoyun həyatı film olur
07:17 23.07.2026
Şou
Tramp: İran yaxın vaxtlarda ABŞ ilə razılaşmaya hazır olacaq
06:42 23.07.2026
Dünya
Belarusda "yarıtmaz işçilər" hərbi təlim düşərgəsinə göndəriləcək
05:25 23.07.2026
Dünya
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya