Gəncə hadisələri dövlətçiliyimizə qarşı ciddi təxribat idi: Ekstremistlər məqsədinə çata bilmədi
Fidan Həmişəyeva
10:20 20.08.2019
Siyasət
564
“Gəncə hadisələri hər kəs üçün dərs olmalıdır. Bu ciddi təxribat idi”. Bu sözləri Sherg.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Oruclu deyib.
Onun sözlərinə görə, dövlətçiliyimizə zərər vuracaq hadisələrin təkrar olunmaması üçün mövcud səbəblər aradan qaldırılmalıdır:
“Gəncədəki hadisələr birmənalı olaraq separatçı qüvvələrin və terrorçu ünsürlərin təxribatı idi. Belə təxribatlardan sığortalanmaq mümkün deyil. Amma istənilən halda dövlətin və cəmiyyətin vəzifəsi bu cür qüvvələri vaxtında ifşa etməkdir. Belə məsələlərdə dövlətlə cəmiyyət vahid halda çalışmalıdır ki, biri-birilərinə dəstək olsun”.
Ə.Oruclunun fikrincə, Gəncə hadisələri kimi terror aktının təkararlanmaması üçün xalqın əleyhinə gedən, xalqa yuxarıdan aşağı baxan, öz işini bilməyən və özünü yüksəkdə tutan bəzi məmurları vaxtında vəzifədən uzaqlaşdırılmalıdır:
“Dövlətimiz rəvac verməməlidir ki, kimlərsə belə hallardan sui-istifadə etsin. Təkcə cəza ünsürü işə salınmamalıdır. Məsələn, yalnız Gəncə deyil digər bölgələrdə də problemlər var. Bəzi məmurlar özünü xalqdan ayrı salır, aralarında süni sədd yaradırlar. Bu da nəticə etibarı ilə digər radikal ünsürlərin meydana çıxmasına, guya özünü xalqa yaxın göstərməsinə imkan yaradır. Belə halların qarşısının alınmasında dövlət və xalqın birləşməsi daha effektli olar”.
Qeyd edək ki, Azərbaycan dövlətçiliyinə qarşı qəsd aktı kimi dəyərləndirilən Gəncə hadisələrindən bir il ötür. Gəncə hadisələri bəzi dövlətlərin radikal klerikal dairələrinin, separatçıların və ölkə daxilində siyasi fəaliyyət pərdəsi altında şəxsi ambisiyalarını həyata keçirmək istəyən qrupların dövlətə və milli maraqlarımıza qarşı birgə məkrli təxribatı idi. Son vaxtlar dövlətimizə zərər vurmaq istəyən həmin radikal qüvvələrin fəallaşdığı deyilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Traktor" Qətər klubu ilə qarşılaşacaq
20:05 04.02.2026
Futbol
Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib
19:42 04.02.2026
Dünya
“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır
19:30 04.02.2026
Media
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm
Tramp İranla danışıqları dayandıra bilər
17:23 04.02.2026
Gündəm