Georgi Baramidze: “Saakaşvili fəaliyyətimiz nəticəsində azad ediləcək”
Yusif Nəzərli
08:12 05.10.2021
Siyasət
251
Gürcüstan Mərkəzi Seçki Komissiyası yerli seçkilərdə səsvermənin rəsmi nəticələrini açıqlayıb. Əsas intriqa isə hakim “Gürcü arzusu” partiyasının 43 %-dən çox səsi toplayıb-toplayamayacağından ibarət olub. Avropa İttifaqının vasitəçiliyi ilə iqtidar və müxalifətin bağladığı “Mişel sazişi”ndə qeyd edilib ki, partiya bu baryeri aşmazsa, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinə ehtiyac yaranacaq.
Düzdür, “Gürcü arzusu” tezliklə bu müqavilədən çıxdı, amma müxalifət müqaviləni etibarlı hesab etdiyini bildirdi. Lakin nəticədə “Gürcü arzusu” 46,69 %, Mixail Saakaşvilinin qurduğu müxalif “Vahid milli hərəkat” 30,7 % səs toplayıb.
“Gürcü arzusu” bəzi rəy sorğularında proqnozlaşdırıldığından daha az səs topladı. “Vahid milli hərəkat” isə nəticəsini daha da yaxşılaşdırdı və buna əsas səbəb keçmiş prezident Mixail Saakaşvilinin Gürcüstana qayıtması oldu. Bu, onun tərəfdaşlarını ruhlandırdı. Bundan əlavə, oktyabrın 30-da Gürcüstanın 20 şəhərində seçkilərin ikinci turu keçiriləcək.
Bir neçə cinayətdə ittiham olunan (iki iş üzrə hökm oxunub) Gürcüstanın keçmiş prezidenti oktyabrın 1-də həbs edilib və Rustavi şəhərindəki 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.
Gürcüstan hakimiyyətinin Mixail Saakaşvilini Ukraynaya təhvil verməkdən imtina etdiyini və Saakaşvilinin özünün də belə bir istəyi olmadığını bildirdiyini nəzərə alsaq, onu hansı aqibət gözləyir? “Vahid milli hərəkat” partiyasının lideri, Gürcüstan baş nazirinin keçmiş müavini, “Avroatlantik İnteqrasiya”nın eks naziri və Gürcüstan parlamentinin keçmiş vitse-spikeri Georgi Baramidze Oxu.Az-ın suallarını cavablandırıb:
- Prezident Mixail Saakaşvili (Gürcüstan qanunlarına görə, istənilən keçmiş dövlət başçısı prezident adını saxlayır- red.) sentyabrın 28-də Gürcüstana gəldi. O, gizli şəkildə ölkə ərazisində oldu, Gürcüstanda qaldığını təsdiq edən bir neçə video çəkiliş etdi. M.Saakaşvili ölkə daxilində hərəkət etdi. O, gürcü xalqına seçkilərdən əvvəl gələcəyinə dair verdiyi sözü yerinə yetirdi.
Mixail Saakaşvili Rusiyaya kapital yatıran oliqarx Bidzina İvanişvilinin hazırkı hökumətini yenidən seçmək üçün bir növ referendum formasında olan yerli seçkilərdə Gürcüstan vətəndaşlarını fəal iştirak etməyə çağırdı.
Əsas məsələ ondan ibarətdir ki, bu seçkilərə mümkün qədər çox adam qatılsın. M.Saakaşvili 2 oktyabr seçkilərindən bir gecə əvvəl saxlanıldı, lakin onun dediyi kimi bütün müxalifət və ilk növbədə “Vahid milli hərəkat” partiyası seçkilərdə qalib gəlməyə kökləndi.
Fəallarımız saxtakarlıqların qarşısını almaq üçün seçki məntəqələrində, qərargahda çalışdılar. Təəssüf ki, onlar yenə oldu, amma böyük miqyasda olmadı. Bu seçkilərdə bütövlükdə müxalifət qalib gəldi, çünki ikinci tur Gürcüstanın 20 şəhərində, o cümlədən Tbilisi də keçiriləcək. Ölkənin bəzi şəhərlərində, ilk turda qələbə ərəfəsində idik, məsələn, “Vahid milli hərəkat” partiyasının hazırkı sədri Nika Meliyanın atası Anzor Meliyanın mübarizə apardığı Zuqdididə. Və orada artıq yerli şurada çoxluqdayıq.
- Bəs etirazlar olacaqmı?
- Bəli. Oktyabrın 4-də artıq prezident Mixail Saakaşvilinin qanunsuz olaraq həbsdə saxlanıldığı cəzaçəkmə müəssisəsinin qarşısında etiraz aksiyası keçirdik. Ona qarşı irəli sürülən bütün ittihamlar əsassızdır.
- Gürcüstan prezidenti və digər dövlət adamları artıq Mixail Saakaşvilini vətəndaşı olduğu Ukraynaya təhvil verməyəcəklərini bəyan ediblər. Əfvdən də söhbət getmir. Bundan sonra necə olacaq?
- Mixail Saakaşvilinin heç bir əfvə ehtiyacı yoxdur. O, bizim fəaliyyətlərimiz nəticəsində azad ediləcək.
Əlbəttə ki, Ukrayna vətəndaşının saxlanılması ilə əlaqədar Gürcüstan hakimiyyətindən izahat tələb edən Ukrayna Prezidenti Vladimir Zelenskiyə minnətdarlığımızı bildiririk. Taleyin hökmü ilə Mixail Saakaşvilini Gürcüstan vətəndaşlığından məhrum etdilər və indi Ukrayna vətəndaşıdır. Kiyev onun bu ölkəyə ekstradisiyasına nail olacaq.
Bilirsiniz ki, oradakı eks-prezident Ukrayna Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinə rəhbərlik edir (rebrendinqdən sonra - Sadə Qərarlar və Nəticələr İdarəsi - red.). O, bütün Ukrayna cəmiyyəti üçün mühüm rol oynayır. Mixail Saakaşvili və Vladimir Zelenski Ukrayna dövlətində keçirilən islahatlarda və onun gücləndirilməsində dost olduqları kimi, həm də tərəfdaşdılar.
Onu da demək istərdim ki, Azərbaycanda M.Saakaşviliyə olan rəğbəti bilirik. Biz Azərbaycan xalqının dəstəyini hiss edirik və buna görə minnətdarıq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol