Gürcüstandakı soydaşımız: “Buradan Ermənistana bircə güllə patronu da keçmir” - İcazə verilmir!
Banuçiçək Kalbalıyeva
12:05 23.10.2020
Siyasət
1333
“Gürcüstan dövləti və xalqı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir”
“Burda böyük qarşıdurmalara səbəb ola biləcək provokasiyalar törədilir.Amma biz soyuqqanlı davranırıq”
“Düşmənin məkrli siyasətinə getməməyə, Azərbaycanda baş verən hadisələri Gürcüstana daşımamağa, bura qan gətirməməyə çalışırıq”
Dünən Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib. Dövlət başçısı cavablarında bir sıra mühüm məqamlara toxunub. Ölkə başçısı, həmçinin Azərbaycan-Gürcüstan əlaqələrindən danışıb. O bildirib ki, bu iki ölkə strateji tərəfdaşdır: “Azərbaycanla Gürcüstan birlikdə regionun və daha geniş coğrafiyanın inkişafını şərtləndirən mühüm enerji və nəqliyyat layihələri reallaşdırıblar. Bunların arasında Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, Bakı-Tbilisi-Qars və s. xüsusi əhəmiyyətə malik layihələrdir”.
Qeyd edək ki, Gürcüstan indi Azərbaycanda baş verən hadisələri, o cümlədən Dağlıq Qarabağ müharibəsini də yaxından izləyir. Odur ki, “Sherg.az” olaraq Gürcüstanda yaşayan soydaşımız, “Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərovla davam etməkdə olan proseslərlə bağlı müzakirə apardıq:
- Gürcüstan daxilində Dağlıq Qarabağ savaşına münasibət necədir?
- Gürcüstan dövləti və xalqı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Bildiyiniz kimi, indi ancaq Gürcüstan ərazisindən keçməklə Ermənistana silah daşına bilər. Amma bu da mümkün deyil.
- Niyə qeyri-mümkündür?
- Mən Gürcüstanla Ermənistan arasındakı sərhəddə yaşayıram. Görürəm və müşahidə edirəm ki, çox ciddi nəzarət var. Düşmən ölkəyə bircə güllə patronunun da keçirilməsinə icazə verilmir.
- Ayrı-ayrı ölkələrdə yaşayan ermənilər pozuculuq fəaliyyəti ilə məşğuldurlar. Gürcüstanda vəziyyət necədir?
- Burda da çoxlu təxribatlar olur. Hətta böyük qarşıdurmalara səbəb ola biləcək provokasiyalar törədilir. Amma biz soyuqqanlı davranırıq. Düşmənin məkrli siyasətinə getməməyə, Azərbaycanda baş verən hadisələri Gürcüstana daşımamağa, bura qan gətirməməyə çalışırıq. Hökumətin yeganə tələbi də budur. Çünki Azərbaycan əleyhinə imic yaratmaq istəmirik.
- Sizcə, budəfəki müharibənin nəticəsi necə olacaq?
- Əlbəttə, Azərbaycan sülh istəyir. Biz qan tökülməsini arzulamırıq. Amma otuz il səbr etsək də, bunun heç bir nəticəsini görmədik. Odur ki, Azərbaycan dünya güclərinin yalan vədlərinə inanmadan yoluna davam etməlidir. Bu yol bütöv Azərbaycan yoludur. Həm də prezidentin təbirincə desək, indi nə status-kvo var, nə də təmas xətti.
- Bəs sülhə cəhdlər...?
- Qurulan bütün masalar işğalı möhkəmləndirmək üçündür. Bunu bilməliyik. İnanıram ki, Azərbaycan apardığı haqq savaşında ən yaxın zamanda qalib gələcək. Beləliklə, Şuşanın Xankəndinin bizim üçün Bakıdan, Gəncədən heç bir fərqi olmayacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm