Gürcüstanın niyyəti xoşdur, ancaq gücləri çatmaz
Yusif Nəzərli
08:58 01.10.2021
Siyasət
748
Sülh müqaviləsi isə böyük dövlətlərin iştirakı və vasitəçiliyi ilə reallaşır
Gürcüstan baş nazirinin və nümayəndə heyətinin Azərbaycana səfəri son dərəcə uğurlu keçib. Bu barədə Gürcüstanın Xarici işlər naziri David Zalkaliani səfərin yekunlarını dəyərləndirərkən bildirib. Onun sözlərinə görə, son 10 ildə ilk dəfə keçirilən hökumətlərarası iqtisadi komissiyanın iclasında sektorial əməkdaşlığa dair 6 sənəd imzalanıb. Nazir qeyd edib ki, imzalanan sənədlər regionda uzunmüddətli sülh və sabitliyə, vacib layihələrin həyata keçirilməsinə töhfə verəcək. Baş nazir İrakli Qaribaşvili görüşlərdən sonra “Twitter” hesabındakı paylaşımında Azərbaycan Prezidenti ilə görüşün çox əla keçdiyini yazıb.
Qaribaşvili vurğulayıb ki, dövlət başçısı İlham Əliyevlə Azərbaycan-Gürcüstan əlaqələri və regional transformasiyaya dair müzakirələr aparıb. Söhbət zamanı ikitərəfli əhəmiyyət daşıyan mövzular, strateji tərəfdaşlıq və əməkdaşlığın dərinləşdirilməsi də müzakirə predmeti olub. Baş nazir Gürcüstan-Azərbaycan hökumətlərarası İqtisadi Komissiyanın iclasının da məhsuldar keçdiyini qeyd edib. Deyib ki, tədbirin qlobal pandemiya dövründə baş tutması iki ölkənin iqtisadi inkişafına və dayanıqlı genişlənməyə dair ortaq baxışının aydın sübutudur.
Politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə açıqlamasında bildirib ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri və ölkəmizdə apardığı danışıqlar iki dövlət arasında siyasi-iqtisadi əlaqələrin inkişafına yönəlib. Ekspertin sözlərinə görə, Qaribaşvili oktyabrda keçiriləcək seçkilərdə Azərbaycanın tam dəstəyini almaq istəyir:
“Ona görə də baş nazirin Bakıya səfəri təkcə vasitəçilik missiyası, yaxud iqtisadi əməkdaşlıq kimi xarakterizə edilməməlidir. Ümumən, qeyd edim ki, İrakli Qaribaşvilinin Ermənistan və Azərbaycan arasında vasitəçilik niyyəti regionda ümumi təhlükəsizliyə və sülhə xidmət edə bilər. Amma real yanaşsaq, Tbilisinin effektli vasitəçiliyi mümkün görünmür. İlk növbədə Rusiya buna imkan verməyəcək. Belə məqamda Gürcüstan tərəfi yalnız iki ölkənin təkliflərini Bakıya və İrəvana çatdıra bilər. Hələki proseslərdə əsas vasitəci Rusiyadır. Müstəqil siyasət yeritməyən Ermənistan birbaşa Moskvadan asılıdır və Kremldən verilən təlimatlar İrəvan üçün əsasdır. İrəvan Tbilisinin vasitəçiliyinə razılıq versə belə Moskva bunun qarşısını alacaq. Gürcüstanın vasitəçiliyi onda səmərəli və müsbət ola bilər ki, Ermənistan hakimiyyəti müstəqil siyasətə malik olsun. Rəsmi Tbilisi yalnız humanitar missiyalarda vasitəçi ola bilər. Sülh müqaviləsi isə böyük dövlətlərin iştirakı və vasitəçiliyi ilə reallaşır. Xatırladım ki, bu il aprel ayında Gürcüstanın vasitəçiliyi ilə mina xəritələrinin verilməsi həyata keçirilirdi. Sonra məlum oldu ki, Ermənistan Gürcüstanı da aldadıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm