Hacıyevin təklifinə Abramyanın gülünc reaksiyası
Yusif Nəzərli
17:08 24.12.2023
Siyasət
407
Prezidentin köməkçisi Hikmət Hacıyevin sülh danışıqlarının yolunu açan fikri Ermənistan müxalifətində gülünc reaksiya ilə qarşılanıb.
Axar.az xəbər verir ki, “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan bu təklifi “təhlükəli” adlandırıb.
“Bir neçə gün əvvəl Azərbaycanın əsas məmurlarından biri olan Hacıyev kifayət qədər təhlükəli nəticələri olan, amma geniş müzakirə olunmayan açıqlama verdi. O qeyd etdi ki, demarkasiya/delimitasiya prosesi mürəkkəb və uzun sürür və Ermənistan və Azərbaycan arasında danışıqlar sənədindən çıxarılmalı və ayrıca müzakirə edilməlidir.
Bu, faktiki olaraq o deməkdir ki, sərhəd məsələləri o qədər həlledilməzdir və ya tərəflər qarşılıqlı razılıq əldə etmək imkanından o qədər uzaqdırlar ki, onu əsas sənədin müzakirəsindən kənarda və ya onun yanında qoyurlar.
Beləliklə, hansısa mərhələdə hansısa sənəd imzalansa belə, o, yalnız xoş niyyətli deklarativ mahiyyət daşıyacaq.
Birinci təhlükə odur ki, sərhəd məsələsində dərin problemlər yeni eskalasiyaya və ya partlayışa gətirib çıxara bilər ki, bunun əlamətləri Azərbaycanın əsas təbliğat resurslarında mütəmadi olaraq öz əksini tapır”, - Abramyan sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, sərhədin delimitasiya və demarkasiyası illərlə davam edən prosesdir və bu, bütün dünyada bu cür qəbul edilir. Məsələn, Azərbaycanla Gürcüstan bir-birinin ərazi bütövlüyünə hörmət edir və tanıyır, ancaq sərhədin bəzi hissələrində hələ də komissiyalar dəqiqləşmələr aparırlar.
Bu baxımdan Azərbaycan tərəfinin delimitasiya və demarkasiya prosesini sülh sazişindən ayırmaq təklifi beynəlxalq hüquqa və normalara uyğun, eyni zamanda, sülh sazişinin imzalanması istəyindən doğan mütərəqqi jestidir. Bunun İrəvanda fərqli qəbul edilməsi isə yalnız sülh sazişinə mane olmaq üçün edilən manipulyasiyalardır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə