Ölkə rəhbərinin Rusiya Prezidenti Vladimir Putinlə baş tutan sonuncu telefon danışığında bir sıra mühüm məsələlərə toxunması və onların aydınlaşdırılmasını istəməsi də milli maraqlarımızın qorunması baxımından çox vacibdir. Məsələ ondadır ki, uzun müddətdir ATƏT-in Minsk Qrupunun həmsədri Rusiya işğalçı Ermənistanı fasiləsiz olaraq silahlandırır.
Həmsədrlər etibarsızlaşıb
Turan
07:53 15.08.2020
Siyasət
1318
Qafar Çaxmaqlı: "Türkiyənin həmsədrlikdə təmsil olunması məsələsi bizim istəyimiz də olsa, hələlik mümkün deyil"
Beynəlxalq münasibətlər sistemində və regionumuzdakı kritik şərtlər fonunda milli maraqların qorunması strateji əhəmiyyət kəsb edir və olduqca aktualdır. Dövlət başçısı məhz bu səbəbdən milli maraqların qorunmasında qətiyyət nümayiş etdirməklə ölkəmizin hərbi-siyasi maraqlarını qoruyur, milli mənafeyimizin təmin edilməsində prinsipiallıq nümayiş etdirir.
Ölkə rəhbərinin Rusiya Prezidenti Vladimir Putinlə baş tutan sonuncu telefon danışığında bir sıra mühüm məsələlərə toxunması və onların aydınlaşdırılmasını istəməsi də milli maraqlarımızın qorunması baxımından çox vacibdir. Məsələ ondadır ki, uzun müddətdir ATƏT-in Minsk Qrupunun həmsədri Rusiya işğalçı Ermənistanı fasiləsiz olaraq silahlandırır.
Halbuki, Ermənistanın silahlandırılması Azərbaycan torpaqlarının işğalına dəstək vermək anlamına gəlir. Bundan başqa regiondakı status-kvonu legitimləşdirmək cəhdidir ki, bunun da nə hüquqi, nə də siyasi bəraəti ola bilər. Əgər Minsk Qrupu öz missiyasını həyata keçirə bilmirsə, o zaman həmsədrlərin əvəzlənməsi və Minsk Qrupuna üzv olan ölkələrdən başqaları həmsədrlik missiyasını öz üzərinə götürməlidir.
Heç şübhəsiz, bu rola ən uyğun ölkə regionda tarixi-siyasi və mənəvi məsuliyyəti olan qardaş Türkiyə Cümhuriyyətidir. Hələ Minsk Qrupu formalaşarkən Türkiyənin həmsədrlərdən biri olması ciddi şəkildə müzakirə olunurdu. Lakin bəlli səbəblərdən o zaman bunun reallaşması mümkünləşmədi. Qardaş ölkənin həmsədrlikdə təmsil olunması məsələsi yenidən aktuallaşıb. Azərbaycan ictimaiyyəti birmənalı hesab edir ki, vasitəçilik missiyası Ankaraya verilməlidir. Ekspertlər də bu yöndə təkliflər səsləndirirlər.
Təklifləri “Şərq”ə dəyərləndirən Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı Qafar Çaxmaqlı bildirib ki, onsuz da bu şəkildə vasitəçilik missiyası uğurlu nəticə verməyib. Onun sözlərinə görə, ATƏT-in münaqişə ilə bağlı yaratdığı qrup konkret olaraq Azərbaycanın maraqlarına zidd prinsiplərlə işləyir:
“Minsk Qrupu münaqişənin həllinə deyil, onun uzadılmasına xidmət edir. Yalnız bu məqsədləri yetərli idi ki, onların missiyasına son verilsin. Həmişə o fikirdə olmuşam ki, bu qurumun vasitəçiliyindən imtina olunmalıdır. Minsk Qrupu çalışırdı ki, Dağlıq Qarabağ əhalisi arasında referendum keçirilsin. Nəticəsi əvvəlcədən ermənilərin xeyrinə olan bir prinsipi bizə diktə etmək istəyirdilər. Bu məramdan hələ də əl çəkilməyib. Bu mənada Minsk Qrupu etibarsızlaşıb. Türkiyənin həmsədrlikdə təmsil olunması məsələsi bizim istəyimiz də olsa, hələlik mümkün deyil. Çünki münaqişə tərəflərinin hər ikisi Türkiyəni qəbul etməlidir. İşğalçı Ermənistan başından bəri Türkiyənin həmsədr olmasına etiraz edir. İstənilən halda buna nail olmaq üçün ATƏT-də məsələ qaldırmaq və mücadilə etmək lazımdır. Bu, diplomatik məsələdir. Gərək çoxdan bu istiqamətdə iş aparaydıq. Yenidən Minsk Qrupuna ümid bağlamaqla heç nəyə nail ola bilməyəcəyik. Fikrimcə, münaqişəni BMT müstəvisinə çıxartmalıyıq. Bu təşkilatın qəbul etdiyi qətnamələrin icrasına çalışmalıyıq. Bu, həm də bizim ərazi bütövlüyümüzü təmin etmək üçün anti-terror əməliyyatları keçirmək haqqımıza yol açardı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan və Gürcüstan razılığa gəldi
00:55 07.11.2026
Cənubi Qafqaz
Türkiyədən Rusiya ilə bağlı gözlənilməz açıqlama...
23:59 06.11.2026
Region
Tramp Stiven Milleri Ağ Evin aparat rəhbəri təyin edib
23:43 06.11.2026
Dünya
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual