
Həyəcanlı mübarizə: İstanbul kimin olacaq?
10:38 08.01.2024
Siyasət
462
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədi məlum olub.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim partiyanın şəhər başçılığına namizədin təqdimat mərasimində çıxışı zamanı deyib.
O, namizədin millət vəkili Murat Kurum olduğunu deyib.
Qeyd edək ki, M.Kurum daha əvvəl ölkənin şəhərsalma və iqlim dəyişikliyi naziri vəzifəsində çalışıb.
Xatırladaq ki, Türkiyədə bələdiyyə seçkiləri bu ilin mart ayında keçiriləcək.
Murat Kurumun namizəd olması barədə fikirlərini "Sherg.az" la bölüşən Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay bildirib ki, mart ayının sonunda baş tutacaq bələdiyyə seçkiləri ümumi seçkilər qədər ciddi rəqabət şəraitində keçəcək:

"Müxalifət öncəki seçkilərdə tutduğu yerlərdə yenidən qələbə qazanmaq, üstəlik yeni bölgələrdə zəfər əldə edərək iqtidara qarşı mübarizəsini davam etdirməyə çalışacaq. İqtidar isə, müxalifətin tutduğu əraziləri geri qaytararaq gələcəyə daha ümidlə baxmaq arzusundadır. Bu çərçivədə ən əhəmiyyətli rəqabət və mübarizə sahəsi İstanbul Böyükşəhər Bələdiyyə Başçılığı seçkiləridir".
H. Oktay İstanbulun bələdiyyə başqanlığından baş nazirliyə və prezidentliyə qədər yüksəlmiş bir siyasətçi kimi Rəcəb Tayyib Ərdoğanın İstanbulun nə demək olduğunu ən yaxşı bilən adam olduğunu vurğulayıb:
"Bu yerli seçkilərdə hakimiyyət CHP-nin tutduğu yerləri ələ keçirmək üçün bütün gücünü işə salacaq və nəticələr istədiyi kimi getsə, bunu etimadın təzələnməsi kimi qiymətləndirəcək. Əgər müxalifət uğur qazanarsa, iqtidar üçün psixoloji cəhətdən ağır günlər yaşanacaq. Murat Kurum hazırda millət vəkilidir. Seçiləcəyi təqdirdə mandatı itiriləcək. Bu isə hökumətin zəifləməsinə səbəb olacaq. Ona görə də qalib gəlmək üçün var gücü ilə çalışacaq. Amma zəfər onun üçün çətin görünür. Hazırda Əkrəm İmamoğlunun qalib gəlmə şansı daha çoxdur. Murat Kurum zəlzələ və şəhər çevrilməsi ilə bağlı təbliğat aparacaq. Lakin R.T. Ərdoğan 1993-cü ildən Əkrəm İmamoğlunun seçildiyi günə qədər 30 ildir İstanbulu idarə edir. Əkrəm seçilib Ərdoğan prezident olsa da, problemlər günü-gündən həll olunmaz hala gəlib. Bundan sonra M.Qurum seçilsə belə, görüləsi işin çox olmadığı deyilir. İstanbul seçkiləri yerli hakimiyyət seçkilərindən çox müxalifətin iqtidara qarşı uğuru kimi qiymətləndiriləcəyi üçün mübarizə çox həyəcanlı olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya